CƏMİYYƏT
YOL-NƏQLİYYAT HADİSƏLƏRİ ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
Bakı, 24 aprel (AZƏRTAC). Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Aeroport şosesində Bakı şəhər sakinləri Aydın Mehdiyevin idarə etdiyi “Range Rover” markalı və Samir Həşimovun idarə etdiyi “Toyota” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ş.Həşimov hadisə yerində ölmüş, xəsarət almış sərnişin Ramiz Mustafayev isə xəstəxanaya yerləşdirilmişdir.
Xətai rayonunun ərazisində isə Toğrul Məmmədovun idarə etdiyi traktorla Elvin Məhərrəmovun idarə etdiyi “Nissan” markalı avtomaşın toqquşmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Məhərrəmovun həyatını xilas etmək mümkün olmamışdır.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.