Yoşimasa Hayaşi: Tokio ABŞ və Çin arasında əlaqələrin inkişafını diqqətlə izləyir
Tokio, 16 noyabr, AZƏRTAC
Tokio ABŞ və Çin arasında əlaqələrin inkişafını diqqətlə izləyir. Çünki bu iki ölkə arasında münasibətlər bütün dünya üçün əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Yaponiyanın yeni xarici işlər naziri Yoşimasa Hayaşi noyabrın 16-da ənənəvi mətbuat konfransında səsləndirib.
“ABŞ-Çin münasibətlərinin sabitliyi bütün beynəlxalq ictimaiyyət üçün son dərəcə vacibdir”, - deyə Y.Hayaşi jurnalistlərin ABŞ Prezidenti Co Bayden ilə Çin Sədri Si Cinpinin hazırda davam edən onlayn görüşünü şərh etmək barədə xahişini nəzərə alaraq bildirib. Bununla yanaşı, nazir əlavə şərh verməkdən imtina edərək, Yaponiya hökumətinin Vaşinqton ilə Pekin arasında münasibətlərin inkişafını diqqətlə izlədiyini qeyd edib.
Xatırladaq ki, bazar ertəsi günü ABŞ və Çin liderləri arasında Co Bayden 2021-ci ilin yanvarında Prezident vəzifələrinin icrasına başladıqdan sonra ilk onlayn danışıqlar başlayıb. Buna qədər iki lider arasında telefon danışığı olub. C.Bayden ilə Si Cinpin arasında son telefon danışığı sentyabrın 10-da keçirilib.
Qeyd edək ki, Y.Hayaşi noyabrın 10-da rəsmi olaraq Yaponiyanın xarici işlər naziri təyin edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]