YUNAN-ROMA GÜLƏŞİ ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ İLK QALİBLƏRİ MƏLUM OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, dekabrın 18-də Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının təntənəli açılış mərasimi keçirilmişdir.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə güləş idman növünün inkişafından danışmış, bölgələrdə olimpiya-idman komplekslərinin inşa olunduğunu söyləmişdir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev Azərbaycan Güləş Federasiyasının son dövrdə qazandığı uğurları xatırlatmışdır.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov isə görülən işlərdən, güləş məktəbinin ənənələrindən danışmışdır.
Yarışı izləyənlər arasında Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) büro üzvü, Macarıstan Güləş Federasiyasının prezidenti, olimpiya çempionu Çaba Hegeduş da var idi.
Bədii hissədən sonra yarışlar final və üçüncü yer uğrunda qarşılaşmalarla davam etmişdir.
Ölkə çempionatının nəticələrinə əsasən, Elçin Əliyev (55 kq), Fuad Əliyev (60 kq), Şalva Qadabadze (96 kq) və Cəlal Bahadurov (120 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yarışın qaliblərinə pul mükafatı verilmişdir.
Dekabrın 19-da 66, 74 və 84 kiloqram çəki dərəcələrində olan idmançılar güləşəcəklər.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]

