Yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnir başa çatmışdır
Naxçıvan, 9 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnir başa çatmışdır. İlham Əliyev adına Olimpiya İdman Kompleksində qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir.
Beynəlxalq turnirdə 9 ölkədən 130-dan çox idmançı mübarizə aparmışdır. Yekun nəticəyə görə Azərbaycan birinci, Gürcüstan ikinci, Ukrayna isə üçüncü yerə çıxmışdır.
Ukrayna komandasına diplom və medalları Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, kuboku isə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev təqdim etmişlər.
Turnirdə ikinci yerə çıxan Gürcüstan komandasına diplom və medalları Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, kuboku olimpiya çempionu Namiq Abdullayev təqdim etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov beynəlxalq turnirin qalibi olan Azərbaycan komandasına diplom, medallar və kuboku təqdim etmişdir.
Ali məclisin sədri idmançıları təbrik etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.
Bununla da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnir başa çatmışdır.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]

