Yunanıstan əhalisi 2050-ci ilədək 2,5 milyon nəfər azala bilər
Bakı, 18 mart, AZƏRTAC
Yunanıstan əhalisi 2015-ci illə müqayisədə 2050-ci ilə qədər 2,5 milyon nəfər azala bilər. Hazırda ölkənin 11 milyon nəfər əhalisi var.
AZƏRTAC “Naftemporiki” qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumat demoqrafik vəziyyət üzrə partiyalararası komitənin Yunanıstan parlamentinin müzakirəsinə çıxardığı məruzədə yer alıb.
Sənədə əsasən, 2035-ci ildə Yunanıstan əhalisinin sayı 10,4 - 9,5 milyon nəfər, 2050-ci ildə isə 8,3 - 10 milyon nəfər arasında dəyişəcək. Bu isə əhali sayının 2015-ci illə müqayisədə maksimum 2,5 milyon nəfər azalması deməkdir.
Bununla yanaşı, Yunanıstan əhalisinin yaş strukturunda da dəyişiklik gözlənilir. Alimlərin hesablamalarına görə, 2050-ci ildə 65 yaşdan yuxarı vətəndaşların sayı ölkə əhalisinin 33,1 - 30,3 faizini, 85 yaşdan yuxarı vətəndaşların sayı isə 6,5 - 4,9 faizini təşkil edəcək. Əmək qabiliyyətli əhalinin sayının azalması və proporsional olaraq yaşlı əhalinin artması ölkədə pensiya təminatı və səhiyyə sisteminin maliyyə sabitliyinə təhlükə yaradacaq.
Bundan başqa, gənclərin sayının azalması Yunanıstanın real iqtisadiyyat sektoru üçün əhəmiyyət kəsb edən tədqiqat və innovasiya sahələrində geri qalmasına gətirib çıxaracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]