YUNANISTANIN SALONİKİ ŞƏHƏRİNDƏ “AQROTİKA-2008” BEYNƏLXALQ SƏRGİSİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, fevralın 6-dan 10-dək Yunanıstanın Saloniki şəhərində, ELEKSPO şirkətinin təşkilatçılığı ilə “Aqrotika-2008” beynəlxalq sərgisi keçiriləcəkdir.
Yunanıstanın Bakıdakı səfirliyindən bildirmişlər ki, dünyanın bir sıra ölkələrinin mütəxəssislərinin iştirak edəcəyi tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədovun rəhbərliyi ilə 19 nəfərlik nümayəndə heyəti iştirak edəcəkdir.
Sərgidə kənd təsərrüfatı avadanlığı və məhsulları nümayiş etdiriləcək, ərzaq təhlükəsizliyi, ümumi kənd təsərrüfatı siyasəti, ətraf mühitin qorunması, torpaq, su və enerji mənbələrinin rassional idarə olunması, iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri və s. mövzularda dinləmələr keçiriləcəkdir.
Azərbaycan nümayəndə heyətinin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulmuşdur.
Azərbaycan nümayəndə heyətinin səfəri Yunanıstan hökumətinin dəstəyi ilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]