Yüngül atletika üzrə Siyəzən rayon birinciliyinin qalibləri müəyyənləşib
Siyəzən, 6 avqust, Elxan Yusifli, AZƏRTAC
Yüngül atletika üzrə Siyəzən rayon birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən şəhər stadionunda keçirilən yarış 12 Avqust - Beynəlxalq Gənclər Günü münasibətilə təşkil olunub.
Yarışda gənc atletlər 2 min metr məsafəyə kross qaçışında qüvvəsini sınayıb.
“Zərərli vərdişlərə yox deyək, sağlam həyat tərzi sürək!” devizi ilə təşkil olunan yarışın əsas məqsədi atletika idman növünün rayonda inkişaf etdirilməsi, zərərli vərdişlərin gənclər arasında yayılmasının qarşısının alınması və perspektivli idmançıların aşkara çıxarılmasıdır.
Yarışın nəticələrinə əsasən Mahmud Quliyev birinci, Xələf Nəsirov ikinci, Sənan Həmidov isə üçüncü yeri tutub.