YUNİFEM QADINLARIN DİPLOMATİYADA ROLUNU MÜZAKİRƏ ETMİŞDİR
Oktyabrın 31-də BMT-nin Qadınların Mənafeyi Naminə İnkişaf Fondu (YUNİFEM) Bakıda “Qadınların diplomatiyada rolu” mövzusunda tədbir keçirmişdir. Tədbir BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və dünyada təhlükəsizlik məsələləri haqqında 1325 nömrəli qətnaməsinin qəbul edilməsinin ikinci ildönümünə həsr olunmuşdu. Onu YUNİFEM-in “Qadinlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh uğrunda” regional layihəsinin Bakı ofisi təşkil etmişdi.
Azərbaycanda akkreditə olunmuş qadın-səfirlər - Misir səfiri xanım Cahan Əmin Məhəmməd Əlinin, İtaliya səfiri xanım Marqarita Kostanın, Fransa səfiri xanım Şantal Puarenın, ABŞ səfirinin müavini xanım Nensi MakEldoninin qadınların diplomatiyada rolu mövzusunda məruzələri dinlənilmişdir. Onlar şəxsi diplomatik təcrübələrindən danışaraq, qadınların qanunvericilik orqanlarında fəal iştirakının vacibliyini vurğulamışlar.
Tədbirdə Milli Məclisin üzvləri , Xarici İşlər Nazirliyinin, digər dövlət strukturlarının əməkdaşları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların nümayəndələri, habelə BMT Təhlükəsizlik Şurası Qətnaməsinin təbliği üçün yaradılmış “Koalisiya - 1325” qadın koalisiyasına üzvləri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:38]
G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub
- 17.10.2026 [13:56]
“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub
- 17.10.2026 [12:31]
Bakıda İndoneziya mətbəxi təqdim olunub
- 17.10.2026 [12:26]
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib
- 17.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 17.10.2026 [10:49]
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]