Yuxarı sinif şagirdləri üçün payız düşərgəsi təşkil edilib
Bakı, 11 noyabr, AZƏRTAC
Riyaziyyat fənni üzrə olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və məktəblilərimizin beynəlxalq olimpiada nailiyyətlərinin daha da yüksəldilməsi məqsədilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində 8-11-ci sinif şagirdləri üçün payız düşərgəsi təşkil edilib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Xəzər Universitetinin professoru Nazim Kərimov, ADA Universitetinin dosenti Yaqub Əliyev, beynəlxalq olimpiadaya hazırlıq komandasının müəllimləri İsmət Ağayev və Vüqar Quliyev 4 gün ərzində düşərgə iştirakçılarına yeni mövzuları və əvvəlki olimpiadalarda təqdim olunan sualları izah ediblər.