ZAQATALA HEYVANDARLARI QIŞLAMAYA CİDDİ HAZIRLAŞMIŞLAR
Zaqatala rayonunun şəxsi və fermer təsərrüfatlarında qışlamaya ciddi hazırlıq işləri görülmüşdür. Qışlamanın mütəşəkkil keçməsi üçün bu il təsərrüfatlarda 53 min ton qaba və 3 min tona yaxın qüvvəli yem tədarük edilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, şəxsi və fermer təsərrüfatlarında əhaliyə məxsus 162,5 min baş davarın 130 min başa yaxını qışlama dövrünü Acınohur, Səbətli, Xanabad və Samux rayonu ərazisində olan qışlaq sahələrində keçirəcəkdir. Qışlama dövrü ərəfəsində qışlaqlardakı qoyun damlarında təmir və dezinfeksiya işləri aparılmış, qoyun sürüləri tələb olunan baytar nəzarətindən keçirilmişdir. Bundan əlavə, qışlaqlarda 700 hektar sahəyə yaşıl yem üçün xəsillik arpa da səpilmişdir.
Qeyd edək ki, cari ilin 11 ayında rayonda ət istehsalı əvvəlki ilə nisbətən 89 ton, süd istehsalı 393 ton, yun istehsalı 5 ton, yumurta istehsalı isə 88 min ədəd artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]