ZAQATALADA “LƏZZƏT” MİNERAL SUYU BURAXAN SEX İSTİFADƏYƏ VERİLMİŞDİR
H.İbrahimov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, digər iş adamları kimi, biz də dövlətimizin iqtisadi siyasətinin reallaşması işinə öz töhfəmizi verməyə çalışırıq.
Aparılmış laboratoriya analizlərinin nəticələrinə görə, “Ləzzət” mineral suyu mədə-bağırsaq və şəkər xəstəliklərinin müalicəsinə və habelə böyrəkdə olan daşların təmizlənməsinə müsbət təsir göstərir.
Rayonun dağlıq ərazisindəki Car kəndində yerləşən sexdə 7 nəfər işlə təmin olunmuşdur. Yaz-yay aylarında sex tam gücü ilə fəaliyyət göstərərkən işçilərin sayı 25-30 nəfərə çatdırılacaqdır. Hələlik sexin məhsulları yalnız daxili bazarda satılır. Lakin Avropa standartlarına uyğun şəkildə qablaşdırılmış məhsulun gələcəkdə xarici bazara da çıxarılması nəzərdə tutulur.
İş adamı rayonda ənənəvi sahələrdən sayılan tütünçülüyün inkişafına da kömək edir. Rayonun Maqov kəndində açdığı tütün fermentləmə zavodunda hazırda 30 nəfər işçi çalışır. Onların orta aylıq əmək haqqı 200 min manata yaxındır. Bu il zavodun 50 ton məhsulu Rusiyanın bazarlarında satılmışdır.
Həmsöhbətimiz rayonda xeyriyyəçi kimi də tanınır. O, şəxsi vəsaiti hesabına Höytala kəndindəki orta məktəbin binasını əsaslı təmir etdirmiş, Car kəndindəki uşaq bağçasının təmirinə və ərazinin hasara alınmasına kömək göstərmişdir. Xeyriyyəçi şəhər stadionunun təmirinə də vəsait ayırmışdır.