Zaqatalada narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum tutulub
Bakı, 13 fevral, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Gəncə şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Ruslan Əliyev Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ondan 4 kiloqrama yaxın marixuana və tiryək aşkar olunub. Saxlanılan şəxs əldə etdiyi narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etməyi planlaşdırıb.
Məhkəmənin qərarı ilə R.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:13]
Dövlət Komitəsində Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək
- 01.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 01.10.2026 [11:18]
Ötən gün 56 cinayətin açılması təmin olunub
- 01.10.2026 [11:10]