ZAQATALANIN KƏNDLƏRİNDƏ YENİ HƏKİM MƏNTƏQƏLƏRİ TİKİLİR
Mərkəzi rayon xəstəxanasının baş həkimi Mirhəsən İsmayılov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, aparılan islahat proqramına uyğun olaraq, 2006-cı ildə əsas diqqət səhiyyə ocaqlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və müəssisələrin yeni, müasir tibb avadanlığı ilə təchiz edilməsinə yönəldilmişdir. Yoluxucu xəstəliklər şöbəsində aparılan əsaslı təmir işləri artıq başa çatmışdır. Əliabad qəsəbə xəstəxanasının yeni USM aparatı ilə təchiz edilməsi nəticəsində isə bu bölgədə yerləşən 5 sahə xəstəxanasında, habelə 2 həkim və 10 feldşer məntəqəsində tibbi xidmətin səviyyəsi və keyfiyyəti xeyli yüksəlmişdir. Bu sahədə tədbirlər davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]