Zəfər Günü ərəfəsində Qəbələdə şəhid ailələri ziyarət olunur
Qəbələ, 5 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Qəbələ rayonunda daim ehtiramla anılır. Rayon rəhbərliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 8 Noyabr - Zəfər Günü ərəfəsində Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, həmçinin idarə, müəssisə və təşkilatların məsul nümayəndələri tərəfindən şəhid ailələri, qazilər ziyarət olunub, onları narahat edən məsələlər öyrənilib və həlli nəzarətə götürülüb, ailələrə bayram sovqatı təqdim edilib.
Şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.