Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Zəfər yolunun qəhrəmanları” silsiləsindən növbəti tədbir keçirilib

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin “Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planı uğurla yerinə yetirilməkdədir.

Sərəncamda qeyd edilir ki, Ulu Öndərin daim qayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağı ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərmiş, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynamışdır. Liseyin yetirmələri müstəqil Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr vermiş, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə həmişə ön cəbhədə yer almışlar. Onlar böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülmüş, orden və medallarla təltif olunmuşlar. Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər. Hazırda Silahlı Qüvvələrimizdəki zabitlərin əksəriyyəti məhz Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunlarıdır.

Tarix göstərir ki, ümummilli lider Heydər Əliyevin 50 il öncə yaratdığı indiki Cəmşid Naxçıvanski adına hərbi lisey, eləcə də onun Naxçıvan filialının bazasında yaradılan Heydər Əliyev adına hərbi lisey olmasaydı, bugünkü qalib Azərbaycan Ordusu haqqında danışmağa dəyməzdi. Bu gün Azərbaycan Ordusunun, o cümlədən konstitusiyada nəzərdə tutulan digər güc strukturlarının sıralarında xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu təhsil ocağının yüzlərlə, minlərlə yetirməsi vardır. Onlar Azərbaycanın erməni işğalçılarının təxribatlarına qarşı başladığı Vətən müharibəsinin ilk günündən son Qələbə atəşlərinədək respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda fəal iştirak edib, şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan qəhrəman “Naxçıvanskilərdən” biri də kapitan Ceyhun Aydın oğlu Həsənovdur. Yaşasaydı, oktyabrın 29-da 36 yaşı tamam olacaqdı. Lakin şəhidliyinin birinci ildönümündən bir ay sonra vaxtilə yaşadığı Bakı şəhərinin Xətai rayonundakı Gəncə prospekti-50 ünvanında şəhidin ad günü təntənə ilə qeyd edilir.

Müdafiə Nazirliyi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfər yolunun qəhrəmanları” silsiləsindən növbəti vətənpərvərlik tədbirində şəhidin ailə üzvləri, müharibə iştirakçıları, qazilər, təhsil aldığı xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, Xətai rayon gəncləri və məktəblilər iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Mərasimi açıq elan etməzdən öncə polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayaraq deyib: “29 oktyabr qardaş Türkiyənin təqvimində Türkiyə Respublikasının milli bayramı - Respublika günüdür. Bu münasibətlə oktyabrın 28-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda vurğulayıb ki, xalqımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri birliyimizin və həmrəyliyimizin bariz ifadəsidir...

Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən cənab Ərdoğanın, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi böyük rol oynamışdır. Azərbaycan-Türkiyə həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirmiş bu dəstəyi xalqımız heç zaman unutmayacaq. Biz də bu gün Türk qardaşlarımızı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir və tədbirimizə başlayırıq”.

Sonra polkovnik A.Qurbani Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunlarının, həmçinin kapitan Ceyhun Həsənovun Vətən müharibəsində göstərdikləri şəxsi igidlik, mərdlik və əfsanəvi qəhrəmanlıqlardan danışıb.

Diqqətə çatdırılıb ki, Hərbi Hava Qüvvələri komandanının Aviasiya üzrə müavini - Aviasiya rəisi general-mayor Namiq İslamzadə, briqada komandiri polkovnik Nizami Mövlanov, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Hava Qüvvələri fakültəsinin Uçuş fənləri silsiləsinin rəisi polkovnik Zaur Nudirəliyev, hərbi hissə komandiri polkovnik-leytenant Anar Əliyev, xüsusi təyinatlı taborun əməliyyat zabiti mayor Zaur Hüseynov, qrup komandirinin müavini baş leytenant Adil İbrahimli və digər hərbi qulluqçularla yanaşı, mexanikləşdirilmiş (BMP-1) bölük komandiri kapitan Ceyhun Həsənov da Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Bildirilib ki, kapitan Ceyhun Həsənov 1985-ci ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 2004-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin “Zabit ixtisas kursu”nu müvəffəqiyyətlə bitirib. İstər Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Orduda, istərsə də Füzuli-Xocavənd bölgəsində xidmət edərkən komandanlıq tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlib.

Gənc leytenant motoatıcı taqım komandiri vəzifəsindən bölük komandiri və “kapitan” hərbi rütbəsinədək yüksəlib.

Vətən müharibəsinin ilk günündən komandiri olduğu mexanikləşdirilmiş bölüyün şəxsi heyəti ilə birlikdə Füzuli rayonu istiqamətində döyüş meydanına atılıb və qəhrəmancasına şəhid olub. 2020-ci il oktyabrın 29-da Bakıda böyük izdihamın iştirakı ilə İkinci Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Özündən sonra iki oğul övladı yadigar qalan şəhid zabitin xidmətləri yüksək qiymətləndirilib. Bir çox döyüş medallarına layiq görülüb.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev digər rayonlarda olduğu kimi, Xətai rayonunda da Vətən müharibəsi şəhidlərinin xatirəsinin əziz tutulduğunu, onların valideynlərinin, ailə üzvlərinin daim diqqətdə saxlanıldığını, gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi, orduya hazırlanması işinin prioritet olduğunu vurğulayıb və bu işin bundan sonra da uğurla davam etdiriləcəyini deyib.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən danışın, qazanılan qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, ordumuzun əsgər və zabitlərinin rəşadətinin, dövlətimizin başçısının qətiyyətinin, sərkərdə məharətinin, hücum diplomatiyasının və Müzəffər Ali Baş Komandanın dəmir yumruğunun qələbəsi olduğunu iftixar hissi ilə qeyd edib, şəhid valideynlərinə Vətənə mərd, mübariz, igid oğullar bəxş etdikləri üçün minnətdarlığını bildirib.

Müharibə qazisi Anar Məmmədov ehtiyatda olan hərbi qulluqçuların, eləcə də qazilərin bu gün yenə də Müzəffər Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını deyib.

Şəhid Ceyhun Həsənovun vaxtilə təhsil aldığı Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantı Nağı Nağıyev və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Tuqay Sadıqov çıxış edərək şəhidlərimizin, qazilərimizin və bütün müharibə iştirakçılarının qəhrəmanlıq ənənələrini layiqincə davam etdirməyə söz veriblər.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Əməkdar artist, Prezident mükafatçısı Cahangir Qurbanov, Nigar Rəhimova və Mətləb Ağayevin ifa etdikləri Zəfər nəğmələri və vətənpərvərlik mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Xətai rayon 157 saylı tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə məktəblərinin yetirməsi olan Vətən Müharibəsi Qəhrəmanı kapitan Ceyhun Həsənovun ad gününü təbrik ediblər.

Şəhid atası Aydın Həsənov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Müdafiə Nazirliyinin və Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Hərbi Dəniz Qüvvələrinin orkestrinin ifa etdiyi “Qələbə marşı” və məşhur “Mehtər marşı”nın sədaları altında “Zəfər yolunun qəhrəmanları” silsiləsindən növbəti tədbir başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Braziliya mllisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb