Zəlzələ bölgəsində tədqiqatlar davam etdirilir
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 5-də Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələ ilə bağlı bölgəyə ezam edilmiş Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ərazidə kompleks seysmoloji tədqiqatları davam etdirirlər. Zəlzələnin episentrinə yaxın ərazilərdə mərkəzin əməkdaşları tərəfindən əlavə mobil stansiyalar quraşdırılıb. Hazırda əsas tədqiqatlar Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində aparılır.
Bu barədə AZƏRTAC-a mərkəzin informasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.