Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəlzələ günlərində “Siz tək deyilsiniz”: Azərbaycan-Türkiyə qardaşlığının canlı şahidi danışır - MÜSAHİBƏ

Bakı, 6 fevral, AZƏRTAC

2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş dağıdıcı zəlzələ yalnız təbii fəlakət deyil, eyni zamanda, dövlətlər və xalqlar arasında həmrəyliyin sınağı oldu. Bu ağır günlərdə Azərbaycanın Türkiyəyə göstərdiyi dərhal, ardıcıl və hərtərəfli dəstək beynəlxalq ictimaiyyət tərəfindən nümunəvi qardaşlıq modeli kimi dəyərləndirildi.

Hatay Mustafa Kamal Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert Nəzrin Əlizadə həmin ağır günlərin canlı şahidi kimi yaşadıqlarını, eləcə də baş verən prosesləri beynəlxalq münasibətlər prizmasından dəyərləndirərək AZƏRTAC-la bölüşüb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Nəzrin xanım, siz zəlzələnin ən ağır günlərini Hatayda, dağıntıların içində insanların acısını birbaşa yaşayaraq gördünüz. Həmin anlarda Azərbaycan xilasedicilərinin Hataya gəlişi, “tək deyilsiniz” mesajı sizə nə hiss etdirirdi?

- 2023-cü il fevralın 6-da Kahramanmaraşda baş verən və təsirini ən ağır şəkildə Hatayda göstərən dağıdıcı zəlzələlər təkcə böyük bir insani fəlakət deyil, eyni zamanda, dövlətlər və xalqlar arasında həmrəyliyin real sınağı oldu. Həmin dövrdə Hatay Mustafa Kamal Universitetində yeni fəaliyyətə başlayan biri kimi zəlzələni birbaşa yaşamış olmağım bu prosesi həm fərdi, həm də ictimai səviyyədə dərindən hiss etməyimə səbəb oldu.

Zəlzələdən dərhal sonra ilk dəstəyi, - Hataya yeni köçdüyümüz üçün tanışlarımızın az olmasına baxmayaraq, - bütün imkansızlıqlara rəğmən bir-birinə sahib çıxan yerli əhalidən gördük. Daha sonra Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən zəlzələ bölgələri üçün təyin olunmuş nümayəndələrin bizimlə əlaqə saxlaması, çətin günlərimizdə yanımızda olmağa çalışması və yenidən həyata bağlanmağımız üçün dəstək göstərməsi yaddaşımda silinməyəcək bir həmrəylik nümunəsi kimi qaldı. Bu prosesdə Azərbaycanın Türkiyəyə göstərdiyi sürətli, genişmiqyaslı və fasiləsiz dəstək iki ölkə arasındakı münasibətlərin təkcə diplomatik müstəvidə deyil, eyni zamanda, ictimai və emosional səviyyədə nə qədər dərin olduğunu bir daha göstərdi. Zəlzələni birbaşa yaşamış biri kimi deyə bilərəm ki, dağıntılar altında hiss olunan ən güclü duyğulardan biri “yalnız buraxılmamaq” hissi idi. Dağıntılar altından yüksələn “Məni eşidən varmı?” fəryadlarına azərbaycanlı axtarış-xilasetmə qruplarının “Siz tək deyilsiniz” cavabı bu hissin simvolik ifadəsi oldu.

- Zəlzələdən sonra günlərlə davam edən qorxu, itkilər və qeyri-müəyyənlik şəraitində Azərbaycan həkimlərinin, xilasedicilərinin və könüllülərinin bölgədə qalaraq son ana qədər çalışması yerli əhali üçün nə ifadə edirdi? Siz bunu bir Hatay sakini kimi necə xatırlayırsınız?

- Azərbaycandan gələn axtarış-xilasetmə qrupları, səhiyyə işçiləri və könüllülər yalnız dağıntılar altında qalan insanlara çatmaqla kifayətlənmirdilər. Onlar, eyni zamanda, sarsılmış ruhlara toxunur, ümidsizliyin içində ümid verir, qorxunun yerini güvən hissi ilə doldururdular. O günlərdə göstərilən bu dəstək təkcə fiziki yardım deyildi, bu, “yalnız deyilsiniz” mesajının canlı təcəssümü idi. Hər bir xilas edilən can, hər bir sıxılan əl, hər bir təsəlli dolu baxış insanların ayaqda qalmasına, həyata yenidən bağlanmasına kömək edirdi. Bu mənzərə bir daha göstərdi ki, humanitar yardım, sadəcə təcili ehtiyacları qarşılamaq deyil, eyni zamanda, xalqlar arasında etimadı möhkəmləndirən, ortaq taleyə və qardaşlığa söykənən güclü bir həmrəylik körpüsüdür və ən təsirli yumşaq güc nümunələrindən biridir. Mən Hatay xalqı ilə birlikdə “əsrin fəlakəti” adlandırılan bu zəlzələni şəxsən yaşayarkən, eyni zamanda, insani səviyyədə tək və kimsəsiz olmadığımızı da dərindən hiss etdim. Fəlakətdən dərhal sonra ortaya çıxan həmrəylik, sadəcə maddi yardımlar deyildi, ortaq tarix, mədəniyyət və tale şüurundan qidalanan güclü mənəvi bağların real təzahürü idi. Bu prosesdə göstərilən dəstək və həmrəylik böhran anlarında ictimai dayanıqlığın və qardaşlıq hüququnun nə qədər həlledici olduğunu bir daha sübut etdi.

- Bu faciəni şəxsən yaşamısınız. O günlərdən sonra “qardaşlıq”, “dövlətlərarası həmrəylik” anlayışlarına baxışınızda nə dəyişdi və Azərbaycan-Türkiyə münasibətlərini bu təcrübə fonunda bir alim, müəllim kimi necə dəyərləndirirsiniz?

- Beynəlxalq münasibətlər prizmasından baxdıqda, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin qarşılıqlı şəkildə işləyən möhkəm “yumşaq güc” əlaqəsi olduğu aydın görünür. Türkiyə uzun illərdir ki, Azərbaycanla mədəni diplomatiya, iqtisadi əməkdaşlıq, təhsil sahəsində qarşılıqlı əlaqələr və siyasi dəstək vasitəsilə sıx və təsirli münasibətlər qurur. Lakin bu münasibətlər heç vaxt təktərəfli olmayıb. Eyni zamanda, Azərbaycan da Türkiyəyə öz yumşaq güc imkanları ilə mühüm töhfələr verir. Azərbaycan çoxölçülü humanitar yardım yanaşması ilə böhranlardan zərər çəkmiş bölgələrə yalnız rəmzi jestlərlə deyil, institusional, planlı və davamlı dəstək göstərir. Bunun ən bariz nümunələri sırasında Türkiyədə 2021-ci və 2024-cü illərdə baş vermiş genişmiqyaslı meşə yanğınları, eləcə də 2023-cü il 6 fevral zəlzələləri zamanı göstərilən kömək dayanır. Bu dəstək bir daha sübut etdi ki, Azərbaycan üçün qardaşlıq təkcə sözlə deyil, çətin günlərdə konkret əməllərlə ifadə olunan bir dəyərdir. Azərbaycandakı dövlət qurumları və vətəndaşlar tərəfindən toplanan maddi və mənəvi yardımlar Türkiyəyə çatdırılıb, yenidənqurma prosesinə dəstək məqsədilə maliyyə töhfələri açıqlanıb. Zəlzələdən sonrakı dövrdə Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adlandırılan yaşayış layihəsinin salınması da bu dəstəyin yalnız təcili yardım mərhələsi ilə məhdudlaşmadığını, uzunmüddətli bərpa və yenidənqurma prosesini də əhatə etdiyini göstərir.

Bütün bu faktlar Azərbaycanın humanitar yardım potensialının böhran anlarında ortaya çıxan keçici bir refleks kimi deyil, institusionallaşmış xarici siyasətin tərkib hissəsi olduğunu göstərir. Bu yardımlar, eyni zamanda, iki ölkə arasındakı münasibətlərin təkcə emosional yaxınlığa deyil, konkret və davamlı əməkdaşlığa əsaslanan bir təsir mühitinə çevrildiyini də sübut edir. “Əsrin fəlakəti” adlandırılan bu zəlzələ Türkiyənin ictimai yaddaşında silinməsi mümkün olmayan dərin bir yara açıb, xüsusilə Hatay və Hatay Mustafa Kamal Universiteti üçün çox ağır itkilərə səbəb olub. Bu böyük fəlakətdə universitet 35 akademik əməkdaşını, 23 inzibati işçisini, 32 fəhlə və müqaviləli əməkdaşını, eləcə də 105 tələbəsini itirib. Bu itkilər, sadəcə statistik rəqəmlər deyil, bilik istehsal edən, əməyi daşıyan və gələcəyin ümidi olan bir nəslin itirilməsi deməkdir. Daha elmi prizmadan baxıldıqda isə “Əsrin fəlakəti” təkcə əsrin ən böyük təbii fəlakətlərindən biri deyil, eyni zamanda, iki qardaş xalq arasında “əsrin qardaşlığının” möhkəmləndiyi tarixi bir dönüş nöqtəsi kimi də qiymətləndirilə bilər. Fəlakətin yaratdığı dağıntı acının ortaqlaşdırıcı təsiri ilə həmrəyliyi dərinləşdirib, insani və ictimai bağların böhran anlarında necə gücləndiyini açıq şəkildə ortaya qoyub.

Fürsətdən istifadə edərək zəlzələdə həyatını itirən bütün əməkdaşlarımızı və insanlarımızı dərin hörmət və ehtiramla yad edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb

Bakıda CAMCA Regional Forumu işə başlayıb

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir