Xəzər dənizində qayıqda köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib
Bakı, 6 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə nəzarətsiz ərazidə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində balıqçı qayığının mühərrikində yaranan nasazlıq səbəbindən sahildən təqribən 1 km məsafədə dənizdə köməksiz vəziyyətdə qalan vətəndaşlar, 1994-cü il təvəllüdlü Məmmədov Rəhman Mərifət oğlu, 1986-cı il təvəllüdlü Əliyev Əli Ramiz oğlu, 1981-ci il təvəllüdlü Məmmədov İntiqam İslam oğlu və 1980-cı il təvəllüdlü Quliyev İlkin Şakir oğlu xilasedicilər tərəfindən xilas edilərək sahilə çıxmaları təmin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
- 01.10.2026 [12:13]