Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
Astana, 1 oktyabr, AZƏRTAC
Qazaxıstan Respublikasının ədliyyə naziri Erlan Sarsembayev Azərbaycan Respublikasının bu ölkədəki səfiri Əlimirzamin Əskərov ilə görüşüb.
AZƏRTAC Qazaxıstan Ədliyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, görüş əsnasında qazaxıstanlı nazir rəhbərlik etdiyi nazirliyin fəaliyyəti, ölkədə həyata keçirilən hüquqi islahatlar, həmçinin dövlət xidmətlərinin rəqəmsallaşması sahəsində əldə olunan nailiyyətlər barədə səfirə ətraflı məlumat verib.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana