Dünya rekordçusu olan atlet 4 il müddətinə diskvalifikasiya edilib
Bakı, 6 fevral, AZƏRTAC
16 kilometr məsafəyə qaçış üzrə dünya rekordunun sahibi olan keniyalı atlet Bernard Kibet antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib.
AZƏRTAC TASS Agentliyinə istinadən xəbər verir ki, araşdırmalara əsasən, 26 yaşlı idmançının 2024-cü ilin yayında qan nümunələrində kəskin dəyişikliklər qeydə alınıb və bu, dopinqdən istifadə şübhələrinə səbəb olub.
Dəyişikliklərin “Paris-2024” Yay Olimpiya Oyunları dövrünə təsadüf etdiyi bildirilir və bu səbəbdən Kibetinin 10 kilometr məsafəyə qaçışda tutduğu nəticəsi (5-ci yer) ləğv edilib. Atlet ittihamları qəbul etməsə də, tibbi ekspertlər onun izahatlarını inandırıcı olmadığını düşünürlər.
Qeyd edək ki, Bernard Kibet 2022-ci ildə Yaponiyada keçirilən yarışda 16 kilometr məsafəni 44 dəqiqə 4 saniyəyə qət edərək dünya rekordu müəyyənləşdirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]