Media: ABŞ-ın Yaxın Şərqdə 450-dən çox “Tomahawk” raketi var
Bakı, 6 fevral, AZƏRTAC
ABŞ-ın Yaxın Şərqdəki qüvvələri İrana mümkün hücumda istifadə edilə biləcək 450-dən çox “Tomahawk” qanadlı raketinə malikdir.
AZƏRTAC xəbər verir ki, “NBC News” telekanalı bu barədə Pentaqonun ictimaiyyətə açıq olan sənədlərinə istinadla məlumat yayıb. Məlumata görə, regiondakı hərbi gəmilərə yerləşdirilən bu raketlər ABŞ Prezidentinin Tehrana qarşı hərbi əməliyyatı təsdiqləyəcəyi təqdirdə İrana zərbə endirmək üçün istifadə edilə bilər.
Ötən həftə Yaxın Şərqə çatan “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi hazırda İrana zərbə endirmək üçün münasib mövqeyə yerləşir. Bu arada ABŞ administrasiyasının iki məmuru ABŞ Silahlı Qüvvələrinin 10 hərbi gəmisinin, hava eskadrilyasının, həmçinin F-15 və F-35 qırıcı təyyarələrinin artıq regiona göndərildiyini bildirib.
Qeyd edək ki, fevralın 6-da Omanda ABŞ və İranın Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparacağı gözlənilir. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə Donald Trampın xüsusi elçisi Stiven Vitkoff rəhbərlik edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [17:07]
Yunanıstanda Qərbi Nil virusuna yoluxaraq ölənlərin sayı 30-a çatıb
- 14.09.2026 [17:00]
İtaliya 2035-ci ilədək nüvə enerjisi istehsalını bərpa edə bilər
- 14.09.2026 [16:41]
Kral III Çarlz süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək
- 14.09.2026 [16:17]
Albaniyada jurnalistlər məhkəmənin yeni qaydalarına etiraz edir
- 14.09.2026 [16:02]
Almaniyada benzinin qiyməti 4 illik maksimumu yeniləyib
- 14.09.2026 [15:48]
Astanada “AAIFF 2026” festivalı: 125 ölkədən 8 mindən çox iştirakçı qatılıb
- 14.09.2026 [15:12]