Dünya futbolunda “Qarabağ”ın müdafiəçisinə məxsus antirekord yenilənib
Bakı, 6 fevral, AZƏRTAC
“Qarabağ” klubunun futbolçusu Elvin Cəfərquliyevə məxsus antirekord yenilənib.
AZƏRTAC Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, 2025-ci ildə Peru millisinin və “Alianza Lima” komandasının müdafiəçisi Karlos Sambrano dünya futbolu tarixində bir təqvim ili ərzində nüfuzlu beynəlxalq klub turnirlərində 4 qırmızı vərəqə alan ilk oyunçu olub.
36 yaşlı futbolçu əvvəlcə Libertadores Kubokunda iki dəfə meydandan qovulub. Komandanın bu turnirdə mübarizəni dayandırmasından sonra Sambrano Cənubi Amerika Kubokunda (Copa Sudamericana) daha iki dəfə bu halla üzləşib.
Beləliklə, müdafiəçi oynadığı 6 beynəlxalq matçda 4 dəfə meydanı vaxtından əvvəl tərk edib. Bu oyunların yalnız ikisində o, cəzadan yayınmağı bacarıb. Qeyd edək ki, bütün hallarda qırmızı vərəqələr iki sarı vərəqənin nəticəsi olub.
Xatırladaq ki, əvvəlki antirekord 2024-cü ildə Avropa Liqasında çıxış edən “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevə məxsus idi. O, həmin il turnir çərçivəsində 3 dəfə qırmızı vərəqə almışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]