Ötən gün 77 cinayətin açılması təmin edilib
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 5-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs qismində axtarışda olan 100, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 və dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 31 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 28 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 2 qumbara, 21 tüfəng, 5 patron darağı, 1168 ədəd müxtəlif çaplı patron və 10 mərmi aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər də saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.02.2026 [12:02]
Oftalmoloq: Yüksək stres göz təzyiqi xəstəliyi riskini artırır
- 06.02.2026 [11:47]
Alimentin ödənilməməsi hüquqi məsuliyyət yaradır
- 06.02.2026 [11:30]
TƏBİB: 540 qram bədən çəkisi ilə dünyaya gələn körpənin həyatı xilas edilib
- 06.02.2026 [11:05]
Beynəlxalq standartların Azərbaycanda tətbiqi ilə bağlı qaydalar təsdiqlənib
- 06.02.2026 [10:38]
Sumqayıt Tibb Mərkəzində əhaliyə göstərilən xidmətlərin sayı artıb
Azərbaycan nefti ucuzlaşıb
- [09:25]
Almaniyada buzlu yağış ciddi fəsadlara səbəb olub
- 05.02.2026 [23:50]
"Fənərbağça" Türkiyə Kubokunda 2-ci qələbəsini qazanıb
- 05.02.2026 [23:39]
Yaponiyanın Baş naziri martda Ağ Evə səfər edəcək
- 05.02.2026 [23:04]
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
- 05.02.2026 [21:27]
Azərbaycan Kubokunda 1/4 finalın ilk matçlarına yekun vurulub
- 05.02.2026 [21:15]
Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşıb
- 05.02.2026 [20:45]