ZƏLZƏLƏNİN NƏTİCƏLƏRİNİ ARADAN QALDIRMAQ ÜÇÜN ÇİNƏ 46 MİLYARD AVRO MƏBLƏĞİNDƏ SƏRMAYƏ LAZIMDIR
AZƏRTAC xəbər verir ki, Çinin cənub-şərqində baş vermiş dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmaq, xalq təsərrüfatını bərpa etmək üçün yaxın 3 ildə ölkəyə 46 milyard avro məbləğində sərmayə lazım olacaqdır. Bu proqnoz dünya şöhrətli alman bankı “Doyçe bank”ın Çin paytaxtında təqdim olunan analitik icmalında verilmişdir.
Bankın analitiklərinin fikrincə, bu sərmayələr ölkədə ümumi iqtisadi vəziyyətə müsbət təsir göstərəcəkdir. Belə ki, həmin vəsait nəqliyyat infrastrukturunun, ilk növbədə yolların modernləşdirilməsinə, təkcə dağılmış müəssisələrin bərpa olunmasına deyil, həm də daha müasir müəssisələrin tikilməsinə səbəb olacaqdır.
Odur ki, alman bankı Çinin bu il üçün inkişaf sürətinə dair proqnozlarında dəyişiklik edərək, həmin göstəricini 10 faizdən 10,7 faizədək artırmışdır.
Bankın məlumatına görə, Çin sahibkarları zəlzələ nəticəsində ümumən 18,5 milyard avro məbləğində ziyan çəkmişlər. Bu, ölkədə ÜDM-in yalnız 0,4 faizini təşkil etdiyindən ÇXR-də ümumi iqtisadi vəziyyətə təsir göstərmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]