İDMAN
Zemfira Meftahətdinova: Azərbaycanda idman mütəşəkkil formada inkişaf edir

Bakı, 31 may, AZƏRTAC
Bu gün mənim üçün çox möhtəşəm bir bayram oldu. Bu qədər insan tərəfindən sevildiyimi bilmək məni çox xoşbəxt etdi.
Bu sözləri Olimpiya çempionu, Azərbaycan Atıcılıq Federasiyasının və Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Zemfira Meftahətdinova 60 illik yubileyinə həsr olunan tədbirdən sonra AZƏRTAC-a müsahibəsində deyib.
Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən Z.Meftahətdinova qeyd edib ki, dövlət başçısının idmana göstərdiyi diqqət və qayğının nəticəsində respublikamız dünya ölkələri arasında seçilir. Azərbaycanda idman mütəşəkkil formada inkişaf edir və insanlarımız idmanı çox sevirlər.
“Yubiley tədbirini təşkil etdiyi üçün Milli Olimpiya Komitəsinə təşəkkür edirəm. Daxili İşlər Nazirliyində fəaliyyətimi dayandırsam da, hər zaman idmanda olacağam. Həmişə idmançılarımızın yanındayam. Onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram. “Paris-2024” Yay Olimpiya Oyunlarında bütün idmançılarımızdan yüksək nəticələr gözləyirəm. Əminəm ki, onlar çox yaxşı nəticələr əldə edəcəklər”, - deyə Z.Meftahətdinova əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [11:39]
Premyer Liqa: “Kəpəz” Qəbələ səfərində, “Zirə” “Araz-Naxçıvan”ı qəbul edir
- 09.12.2023 [11:35]
“Xırdalan” ABŞ-dan oyunçu transfer edib
- 08.12.2023 [23:19]
Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər müəyyənləşib
- 08.12.2023 [22:17]
Boks üzrə Azərbaycan çempionatında bütün mükafatçılar bəlli olub
- 08.12.2023 [21:46]
Azərbaycan Basketbol Liqası: "Xəzri" və "Xırdalan"dan qələbə
- 08.12.2023 [21:42]
Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a darmadağınla qalib gəlib
- 08.12.2023 [20:21]
Tanınmış şahmatçı: Azərbaycan millisində işləməyə tam hazır deyiləm MÜSAHİBƏ
Azərbaycan nefti bahalaşıb
- [11:09]
Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər müəyyənləşib
- 08.12.2023 [23:19]
Dövlət Komitəsində növbəti vətəndaş qəbulu olub
- 08.12.2023 [22:38]