ZƏRDAB TAXILÇILARI İLKİN NƏTİCƏLƏRDƏN RAZIDIRLAR
Zərdab rayonunun torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 13 min 334 hektarda bol taxıl yetişdirmişlər. Əkin sahələrinin 10 min 322 hektarı buğda, 3.012 hektarı isə arpadır. Dünyada ərzaq təhlükəsizliyi məsələsinin aktual olduğu bir vaxtda yüksək məhsul üçün bütün aqrotexniki tədbirləri müvəffəqiyyətlə həyata keçirən taxılçılar zəmilərdə bol məhsul yetişdirməyə nail olmuşlar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ciddi hazırlıqdan sonra bir neçə gündür ki, bütün ərazi vahidlərində kütləvi biçin kampaniyasına başlanmışdır. Kampaniyaya 35 kombayn, 50-dən çox taxıldaşıyan texnika cəlb olunmuşdur. Az vaxtda 500 hektardan çox zəminin məhsulu biçilmişdir. Sahələrdən 1000 tondan artıq arpa götürülmüşdür ki, bu da hər hektardan 25 sentnerdən çox məhsul deməkdir. Arpa zəmilərindən əldə olunan ilkin göstəricilər əkinçiləri qane edir. Təbii ki, buğda sahələri daha yüksək məhsul verəcəkdir.
Rayonda biçin kampaniyasının optimal müddətdə başa çatdırılması, taxılın itkisiz yığılması üçün bütün qüvvələr səfərbərliyə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]