Zərdabda qanvermə aksiyası keçirilib
Zərdab, 6 yanvar, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Milli Hematologiya Mərkəzi Zərdabda qanvermə aksiyası keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi şəraitində talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması məqsədilə təşkil olunan aksiyada rayon ictimaiyyəti fəal iştirak edib. Rayon mərkəzi xəstəxanasında təşkil olunan aksiyaya 250-yə yaxın könüllü qoşulub. Hərtərəfli müayinədən sonra könüllü donorlardan toplanan qan nümunələri laboratoriyada müayinə edilərək Qan Bankına təhvil veriləcək.