Zərdabda qanvermə aksiyası təşkil olunub
Zərdab, 2 may, AZƏRTAC
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə başlanılmış xeyirxah kampaniyaya Zərdab rayonunun sakinləri də qoşulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərkəzi rayon xəstəxanasında təşkil olunan aksiyada Respublika Qan Bankının Mingəçevir Bölməsinin əməkdaşları kampaniyaya könüllü qoşulan sakinləri hərtərəfli müayinədən keçirib, sonra onlardan qan götürüblər. Aksiyada 200 nəfərə yaxın rayon sakini iştirak edib.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.