Zimbabvedə “İdai” siklonu qurbanlarının sayı 268 nəfərə çatıb
Bakı, 3 aprel, AZƏRTAC
Zimbabvedə tropik “İdai” siklonu nəticəsində həlak olanların sayı 268 nəfərə çatıb.
AZƏRTAC “NewsDay” nəşrinə istinadla xəbər verir ki, bu barədə ölkənin İnformasiya Nazirliyi məlumat yayıb.
“Təəssüflə bildiririk ki, həlak olanların sayı 268 nəfərə çatıb və axtarış-xilasetmə əməliyyatı davam etdikcə bu rəqəmin artacağı gözlənilir”, - deyə Zimbabvenin informasiya naziri Monika Mutsvanqva bildirib.
Təbii fəlakət, həmçinin Mozambikdə 598 nəfərin, Malavidə isə 56 nəfərin ölümü ilə nəticələnib. Beləliklə siklon üç ölkədə ümumilikdə 900-dən çox insanın həyatına son qoyub.
Mart ayının ortalarından başlayaraq Afrikanın cənub-şərqində tüğyan edən “İdai” tropik siklonu Mozambik, Zimbabve və Malaviyə ciddi zərər vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]