Zolitudedə faciə qurbanlarının sayı 49 nəfərə çatmışdır
Riqa, 22 noyabr (AZƏRTAC). Son məlumata görə, Zolitudidə “Maxima” ticarət mərkəzində damın uçması nəticəsində 49 nəfər həlak olmuşdur. Onların arasında üç xilasedici və “Maxima” ticarət mərkəzinin dörd işçisi vardır. Dağıntı sahəsi təqribən 500 kvadratmetrlik ərazini əhatə edir. Şahidlərin fikrincə, dağıntıya binanın damında gedən tikinti işləri səbəb ola bilər. Zolitudedə “Maxima” mağazasının binasını tikmiş tikinti şirkətləri günahlarının sübut olunduğu təqdirdə faciəyə görə məsuliyyət daşımağa hazırdırlar.
Müstəqil ekspert, inşaat mühəndisi Valters Tselminş bildirmişdir ki, Zolitudedə “Maxima” mağazasının tikintisi prosesində açıq-aşkar səhvə yol verilmişdir, amma bu səhvi hələ müəyyənləşdirmək lazım gələcəkdir. Tselminş demişdir: “Belə bir faciə baş vermişsə, deməli, haradasa səhvə yol verilmişdir. Onu müəyyənləşdirmək üçün mən bütün layihəni yenidən nəzərdən keçirməyi planlaşdırıram. Buna nə qədər vaxt sərf olunacağını deyə bilmərəm”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]
Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər
- 19.06.2026 [11:57]
Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
- 19.06.2026 [11:37]
Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var
- 19.06.2026 [11:36]
Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir
- 19.06.2026 [10:49]
Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb
- 19.06.2026 [10:33]
Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib
- 19.06.2026 [09:22]
“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]