Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar
Bakı, 13 iyul, AZƏRTAC
Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları - biologiya elmləri doktoru Əli Nəsirov, biologiya üzrə fəlsəfə doktorları Yaşar Seyidli və Fuad Rzayev Mingəçevir ərazisinə təşkil olunan ekspedisiyada iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya “Mingəçevir su anbarında və Qəbələ rayonunun xüsusi balıqçılıq təsərrüfatlarında balıqlara və onların helmintlərinə nanozərrəciklərin tətbiqi zamanı əmələ gələn patomorfoloji dəyişikliklərin öyrənilməsi” mövzusunda tədqiqat işinin yerinə yetirilməsi məqsədilə təşkil olunub.
Su anbarından əldə olunan balıqlar Zoologiya İnstitutunun Mingəçevir elmi-tədqiqat dayaq məntəqəsinə diri halda gətirilərək tam parazitoloji yarma üsulu ilə tədqiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]
Gənc arxeoloqlara Ankara Universitetindən yüksək etimad
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]