Zurab Azmayparaşvili Avropa Şahmat İttifaqının prezidenti olmaq istəyir
Bakı, 18 noyabr (AZƏRTAC). Gürcüstan qrossmeysteri Zurab Azmayparaşvili rəsmən elan etmişdir ki, 2014-cü ildə keçiriləcək seçkilərdə Avropa Şahmat İttifaqının (AŞİ) prezidenti vəzifəsinə öz namizədliyini irəli sürür.
AZƏRTAC-ın verdiyi xəbərə görə, bundan əvvəl qrossmeyster və Gürcüstanın idman nazirinin müavini bildirmişdi ki, yalnız “Avropa İttifaqına ildə 100 min avro və daha çox vəsait qoya biləcək” sponsor tapsa, namizədliyini irəli sürəcəkdir.
Çox güman ki, Azmayparaşvili ittifaqın 2010-cu il seçkilərində onun dəstəklədiyi indiki başçısı Silvio Danailovun əsas rəqibi olacaqdır. Bu yaxınlarda gürcü məmur Danailovun fəaliyyətini tənqid etmişdi. Lakin o bildirmişdi ki, seçkilərə onun əleyhinə çıxmaq üçün deyil, Avropa şahmatında vəziyyəti yaxşılaşdırmaq və daha çox sponsor cəlb etmək məqsədi ilə gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]