AZAL-ın Bakıdan Moskvaya uçan təyyarəsi məcburi eniş edib

29.01.2020 [22:02]
Bakıdan Moskvaya yerli vaxtla 20:31-də yola düşən “Azərbaycan Hava Yolları” QSC-nin “J2-854” nömrəli reysinin kapitanı təyyarənin quş dəstəsi ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna enmək qərarı verib. QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına ...

Bakı Nəqliyyat Agentliyi Londonda keçirilən sərgi-konfransda iştirak edib

29.01.2020 [20:27]
Bakı Nəqliyyat Agentliyi Londonda keçirilən “Nəqliyyatda innovativ ödəniş və bilet sisteminin qlobal tətbiqi 2020” (Transport Ticketing Global 2020) sərgi-konfransında iştirak edib. Sayca on ikincisi keçirilən tədbirin əsas məqsədi daim dəyişən ictimai nəqliyyat və sərnişin daşınması sistemində göstərilən xidmətlərin daha da mükəmməl ...

Sənaye Korporasiyası ilə Rusiyanın “Metalinvest – K” şirkəti əməkdaşlığı genişləndirir

29.01.2020 [19:14]
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə ilə Rusiyanın “Metalinvest – K” şirkətinin direktoru Aleksandr Matveyevin başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib. ASK-dan AZƏRTAC-a bildirilib ki, görüşdə innovativ mərkəzdənqaçma elektrik ...

Bakı Limanında sanitar nəzarət gücləndirilib

29.01.2020 [19:09]
“Koronavirus - 2019-nCoV” virusunun Çində yayılması ilə əlaqədar Bakı Limanında sanitar nəzarət gücləndirilib. Limandan AZƏRTAC-a bildirilib ki, sərnişinlərin və yüklərin daxilolma məntəqəsində Bakı Limanı və Dövlət Gömrük Komitəsi ...

Azərbaycan ilə Almaniya birgə müəssisənin yaradılmasını müzakirə ediblər

29.01.2020 [19:03]
Azərbaycan ilə Almaniya birgə müəssisənin yaradılmasını müzakirə ediblər. “Azərbaycan Sənaye Korporasiyası” ASC-dən AZƏRTAC-a bildirilib ki, qurumun baş direktoru Kamran Nəbizadə və Almaniyanın “Achenbach Buschhütten” şirkətinin beynəlxalq satış üzrə icraçı direktoru Rolf Vilbersin ...

Yanvarın 30-na USD/AZN rəsmi məzənnəsi

29.01.2020 [17:28]
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 30-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın yanvarın 30-dan etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub ...

Gələn ay Bakıda “Visa Cashless Forum” keçiriləcək

29.01.2020 [16:56]
Fevralın 12-də Bakıda ilk dəfə “Visa Cashless Forum” keçiriləcək. AZƏRTAC forumun saytına istinadla xəbər verir ki, mövzusu “Gələcəyi idarə etmək” “Driving the Future” olan forum Azərbaycan ...

AZAL-ın veb-saytının bəzi funksiyaları işləməyəcək

29.01.2020 [16:47]
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) resurslarının sənayenin innovativ flaqmanı “Amadeus” platformasına köçürülməsi ilə əlaqədar rəsmi “www.azal.az” veb-saytının bəzi funksiyaları fevralın 5-dən (Bakı vaxtı ilə 20:00) etibarən müvəqqəti olaraq ...

Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının hazırlanması üzrə İşçi Qrupun növbəti iclası keçirilib

29.01.2020 [16:46]
Energetika Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Enerji Xartiyasının dəstəyi ilə Avropa İttifaqının “EU4Energy” proqramı çərçivəsində beynəlxalq təşkilatlar, dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı ilə “Azərbaycanın Enerji ...

® “Modelling” texnologiyalarına həsr olunmuş beynəlxalq konfrans keçirilib

29.01.2020 [16:39]
Yanvarın 28-də Bakıda “JW Marriott Absheron” mehmanxanasında “Building Information Modelling” (BIM) texnologiyalarına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirin təşkilatçıları “AUTODESK” (ABŞ) və “AZEL Systems” (Azərbaycan) ...

Məlumat Hesablama Mərkəzinin saytı yenilənib

29.01.2020 [16:22]
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin rəsmi internet saytı yenilənib. “www.rabita.az” domen ünvanında fəaliyyət göstərən saytın məzmunu və dizaynı dəyişib. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, saytda “Məhsullar”, “Xidmətlər” menyusu ...

“Ləhiş bağları”ndakı yeni massivə təbii qaz verilib

29.01.2020 [16:08]
Sabunçu rayonunun Maştağa qəsəbəsinin “Ləhiş bağları” adlandırılan ərazidəki yeni massivə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, 147 fərdi yaşayış evinin qazlaşdırılmasına ötən ilin sentyabr ayında başlanılıb. Bu işlərin icrası üçün ümumi uzunluğu 10 min metrədək müxtəlif diametrli ...

“KOB Dostu” şəbəkəsi genişləndiriləcək

29.01.2020 [16:00]
Keçən il ölkənin 10 şəhər və rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostları fəaliyyətə başlayıb. Hazırda KOBİA-nın sahibkarlara əsas dəstək mexanizmlərindən olan KOB dostlarının sayı 21-dir. KOBİA-dan AZƏRTAC-a bildirilib ki, KOB dostları tərəfindən ötən il KOB-ların qarşılaşdığı ...

® “Total” şirkətinin “AS24” törəmə şirkəti ilə “Azpetrol Ltd” MMC arasında müqavilənin imzalanma mərasimi keçirilib

29.01.2020 [15:20]
Yanvarın 29-da “Total” şirkətinin “AS24” törəmə şirkəti ilə “Azpetrol Ltd” MMC arasında müqavilənin imzalanma mərasimi keçirilib. Müqavilə “Azpetrol” şirkətinə məxsus yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacağın “AS24” kartları vasitəsilə satışı sahəsində əməkdaşlığı nəzərdə tutur. İmzalanma mərasimində ...

Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə KOB sahəsində əməkdaşlıq müzakirə olunub

29.01.2020 [15:02]
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) ilə KOB sahəsində əməkdaşlıq müzakirə edilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov Alman-Azərbaycan Xarici Ticarət Palatasının idarə heyətinin sədri Fərid İsayev və icraçı direktoru ...

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb

29.01.2020 [14:56]
İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb. Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685 İSİN-li istiqrazların emissiya ...

Keçən il Azərbaycana gələn əcnəbilərin 40,5 faizi hava nəqliyyatından istifadə edib

29.01.2020 [14:51]
2019-cu ildə Azərbaycana gələn əcnəbilərin 40,5 faizi hava nəqliyyatından istifadə edib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində ölkəmizə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,7 faizi dəmir yolu və avtomobil ...

Sahibkarları narahat edən məsələlərə dair müzakirələr aparılıb

29.01.2020 [14:38]
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Nəqliyyat və logistika müəssisələri ilə iş” və “Ticarət müəssisələri ilə iş” komissiyalarının iclasları keçirilib. ASK-dan AZƏRTAC-a bildirilib ki, konfederasiyanın vitse-prezidenti ...

2050-ci ilədək qlobal elektrik enerjisi istehsalının 25 faizini günəş enerjisi təmin edə bilər

29.01.2020 [13:56]
2050-ci ilə qədər qlobal elektrik enerjisi istehsalının 25 faizini günəş enerjisi təmin edə bilər. AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatında deyilir. Bildirilir ki, qlobal günəş enerjisinin gücü 2050-ci ilə qədər hər il 9 faiz artacaq. 2018-ci ildə 480 QVt olan qlobal ...