Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisinin açılışı olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib [YENİLƏNİB] VİDEO

Moskva, 15 noyabr, AZƏRTAC

Noyabrın 14-də Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərgi açılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılışında iştirak edib.

Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani” Fondunun dəstəyi ilə keçirilən sərginin ekspozisiyasına Tretyakov Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində və “Mərcani” Fondunda saxlanılan əsərlər daxildir.

Sərgidə 12 Azərbaycan rəssamının - Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Tofiq Cavadov, Cavad Mircavadov, Mir Nadir Zeynalov, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Tahir Salahov, Fərhad Xəlilov və Qəyyur Yunusun 50-dən çox əsəri, Fazil Nəcəfovun 11 heykəltəraşlıq əsəri nümayiş etdirilir.

Sərgini Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova açdı. O, sərginin yaradılması ideyasından danışaraq bildirib ki, bu, Moskvanın mədəni həyatında çox əlamətdar hadisədir. Bildirildi ki, bu əsərlərin hər biri Abşeronun gözəlliyini, Odlar Yurdunun füsunkarlığını nümayiş etdirir. Qalereyanın baş direktoru, həmçinin vurğuladı ki, Bakı həm də maraqlı mədəniyyət mərkəzidir. Burada gözəl muzeylər və müasir incəsənət mərkəzləri var. Bakıda çevik incəsənət mühiti hökm sürür.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Birinci xanım Mehriban Əliyevanın

çıxışı

-Moskvada - çox səmimi və işıqlı xatirələrlə bağlı olduğum bir şəhərdə yenidən olmağıma çox şadam. Bu il 160 illiyini qeyd edən və Rusiyanın mədəni irsinin qorunub saxlanması kimi nəcib bir işə uzun illər xidmət göstərən Dövlət Tretyakov Qalereyasında olmaq mənim üçün ikiqat xoşdur. Fürsətdən istifadə edərək muzeyin bütün əməkdaşlarını bu tarixi yubiley münasibətilə ürəkdən təbrik etmək istəyirəm. 

Bu gün biz “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisini açırıq. Bu ekspozisiya Dövlət Tretyakov Qalereyasının, Heydər Əliyev Fondunun və “Mərcani” Fondunun birgə səyləri ilə reallaşıb. Fürsətdən istifadə edərək Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə, sərginin kuratorlarına və bu layihənin reallaşmasında zəhməti olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm.

Hörmətli Zelfira İsmayılovna, bu layihənin həyata keçməsinə hərtərəfli köməyinizə və dəstəyinizə görə sizə xüsusilə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu tədbir Azərbaycanın mədəni həyatında parlaq hadisədir və ümidvaram ki, Rusiyanın mədəni həyatında da hadisəyə çevriləcək. Bütün qonaqlarımızı salamlamaq və bu gün axşam bizimlə birlikdə olduğunuza görə təşəkkür etmək istəyirəm.

Sərginin təşkilatçıları məhz XX əsrin 60-80-ci illəri dövrünə təsadüfən müraciət etməyiblər. Bu dövr Azərbaycan incəsənətinin inkişafının parlaq işıq saçdığı bir dövrdür. Bu dövrdə Azərbaycanda böyük musiqiçilər, bəstəkarlar, rəssamlar, heykəltəraşlar yaşayıb-yaradıb. Onların adları respublikanın hüdudlarından çox-çox uzaqlarda tanınır. Onlar bütün Sovet İttifaqında məşhur idilər. Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Əşrəf Murad, Tofiq Cavadov, Cavad Mircavadov, Rasim Babayev və bir çox başqaları kimi böyük ustadların yaradıcılığının çiçəklənmə illəri məhz həmin dövrə təsadüf edir. Bu ekspozisiyada o dövrün, həmin nəslin çox parlaq, böyük rəssamlarının əsərləri toplanıb. Bu, təkcə Azərbaycan təsviri sənət məktəbinin tarixi irsi deyildir. Bu, sonralar öz ardıcıllarını yetişdirən bütöv bir məktəb, bütöv bir istiqamətdir. Bu gün Azərbaycanda məhz həmin dövrün bədii estetikasını yaradıcılığında təcəssüm etdirən gənc və istedadlı rəssamlar çoxdur.

Əziz dostlar, bu sərginin hazırlanması bir ildən çox davam edib və sizin diqqətinizə Azərbaycan təsviri incəsənət məktəbini təmsil edən ən görkəmli, ən parlaq rəssamların işləri təqdim olunub. Bu işlər öz dövrünün meyillərini, habelə Sovet İttifaqının ən aparıcı milli rəssamlıq məktəblərindən birinin xüsusiyyətlərini əks etdirir. Burada təmsil olunan hər bir rəssam təkrarsız fərdiyyət, nadir taledir. Onların hamısı novatorlar, Azərbaycan rəngkarlığında, Azərbaycan heykəltəraşlığında bütöv istiqamətlərin yaradıcıları olub və indi də belədir. Onların hər birinin öz dəst-xətti, öz xarakteri var. Lakin mən əminəm ki, siz ekspozisiya ilə tanış olanda bütün bu işləri birləşdirən ortaq başlanğıcı görəcəksiniz. Şübhəsiz, bu, vətənə sevgi, qaynaqlara sədaqət, köklərə bağlılıq, süjetlərdə ifadə edilən vahid mentallıqdır. Bunlar doğma Qarabağ mənzərələri, Abşeronun qaynar havasıdır. Çox ümid edirəm ki, siz bu işlərin qeyri-adi energetikasını və onların emosional zənginliyini duyacaqsınız.

Bugünkü sərginin daha bir xüsusiyyəti möhtərəm Zelfira İsmayılovnanın bu yaxınlarda “Baku” jurnalına verdiyi müsahibədə tamamilə haqlı olaraq sərhədlərin yuyulması adlandırdığı cəhətdir. Həqiqətən, biz yaradıcılığı sağlığında etiraf edilmiş, Azərbaycan rəngkarlıq məktəbinin formalaşmasında çox böyük rol oynamış rəssamların, görkəmli sənətkarların işlərini görəcəyik. Lakin, eyni zamanda, Azərbaycanda geniş auditoriyanın tanımadığı sənətkarlar da yaşayır və yaradırdı. Onların sərgi təşkil etməyə imkanları yox idi. Çünki onların yaradıcılığı, belə desək, rəsmən qəbul edilmiş ideoloji xətt ilə üst-üstə düşmürdü. Məhdudiyyətlərə baxmayaraq onlar yaradıcı şəkildə özünü ifadə etmək vasitələri axtarışından imtina etmirdilər. Bu rəssamların işinin xüsusiyyəti mütləq yaradıcılıq azadlığı və Azərbaycan məktəbinin milli ənənələrini Avropa incəsənətinin avanqard axtarışları ilə uzlaşdırmaq cəhdi idi. Bu gün Azərbaycan onların adları ilə fəxr edir, onların yaradıcılığı Azərbaycan incəsənətinin klassikasıdır.

Əziz dostlar, Azərbaycanın görkəmli rəssamlarının işlərinin toplandığı bu cür sərgi ilk dəfə keçirilir. Mənim üçün tamamilə təbiidir ki, bu sərgi məhz Moskvada, Rusiya Federasiyasının paytaxtında keçirilir. Azərbaycan ilə Rusiya arasında münasibətlər möhkəm tarixi təməl üzərində qurulub. Bu dostluq münasibətlərinin səciyyəvi cəhəti qarşılıqlı anlaşma, sıx əməkdaşlıqdır. Bizim ölkələrimizi, xalqlarımızı, ümumi tarixi keçmişlə yanaşı, bu gün çoxlu ümumi meyillər, istiqamətlər birləşdirir. Biz bunu mədəni məkanda xüsusilə müşahidə edə bilərik. Əlbəttə, bu, hər şeydən əvvəl böyük rus dili, böyük rus ədəbiyyatıdır. Yəqin siz də bilirsiniz ki, Azərbaycan keçmiş Sovet İttifaqı məkanında rus dilində təhsilin tam həcmdə qorunub saxlandığı az sayda ölkələrdən biridir. Bizim ölkəmizdə təhsilin tamamilə rus dilində aparıldığı 300-dən çox məktəb fəaliyyət göstərir. Bakıda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Keçən ildən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayıb. Əlbəttə, bütün bunlar onu göstərir ki, biz ümumi elmi, mədəni məkanı qoruyub saxlaya bilmişik. Şübhəsiz, bu da öz növbəsində ona təsir göstərir ki, həm dövlətlərarası səviyyədə, həm də ölkələrimizin sadə insanları, vətəndaşları arasında daha səmimi əlaqələr yaranır.

Əziz dostlar, incəsənət, ədəbiyyat, musiqi bütün bəşər tarixi boyunca mədəniyyətin, humanizmin, gözəlliyin və mənəvi dəyərlərin rəmzləri olub və yenə belədir. Məhz bu ümumbəşəri, əbədi dəyərlər bizim, təəssüf ki, bəzən mürəkkəb, proqnozlaşdırıla bilməyən, münaqişələr, qarşıdurmalar və anlaşılmazlıqlarla dolu dünyamızda şəksiz oriyentirdir. Mən həyatımızda gözəl, uca mənəvi dəyərləri yayan insanların hamısına dərin təşəkkürümü bildirmək istəyirəm. Sonda bu ekspozisiyanın reallaşması üçün zəhmət çəkmiş hər kəsə bir daha təşəkkür etmək, əziz dostlar, sizə təşəkkür etmək istəyirəm ki, bu axşam siz bizimləsiniz və sizin hamınızı Azərbaycana səfərə dəvət etmək istəyirəm. Diqqətinizə görə sağ olun.

X X X

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodets çıxış edərək bütövlükdə Azərbaycan mədəniyyətinə qayğıkeş və peşəkar münasibətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür etdi. O.Qolodets dedi: “Mənə lap yaxın vaxtlarda Bakıda olmaq xoşbəxtliyi nəsib olub. Bakı tarixi kökləri və tarixi ənənələri əziz tutan, inkişaf etməkdə olan müasir şəhərdir”. O, Rusiya-Azərbaycan münasibətlərindən söhbət açaraq vurğuladı ki, bu münasibətlər qədim, çoxəsrlik dostluğa əsaslanır və gələcəyə istiqamətlənir.

Rusiya hökuməti sədrinin müavini sərgiyə uğurlar arzulayaraq dedi: “Siz bu gün görəcəyiniz hər bir əsərdə Azərbaycanın hərarətini, onun rənglərini, koloritini duyacaqsınız”.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski bu sərginin təşkilinə görə Heydər Əliyev Fonduna və “Mərcani” Fonduna təşəkkür etdi. Nazir bildirdi ki, Abşeron xüsusi yaradıcı energetikaya malikdir. V.Medinski dedi: “Oraya yolu düşən insan dərhal yaradıcılıqla məşğul olmaq istəyir”.

“Mərcani” Fondunun prezidenti Rüstəm Süleymanov ümidvar olduğunu bildirdi ki, “Abşeron ulduzları” layihəsinin böyük gələcəyi var. O qeyd etdi ki, sərginin məhz Tretyakov Qalereyasında təşkil edilməsi bu ekspozisiyada təmsil olunmuş hər bir əsərin keyfiyyət nişanına uyğun olmasına dəlalət edir.

“Abşeron ulduzları” sərgisinə Azərbaycan rəssamlarının Tretyakov Qalereyasının kolleksiyasında saxlanılan ən yaxşı əsərləri daxildir. Lakin bu sərginin təşkilatçıları qismində çıxış etmiş Heydər Əliyev Fondu və “Mərcani” Fondu ilə əməkdaşlıq olmadan sərginin nümayiş etdirilməsi mümkün olmazdı.

“Abşeron məktəbi”nin lideri Cavad Mircavadov öz üslubunda obrazların ekspressiyasını, arxaik sadəliyi və brutallığı birləşdirib. Əşrəf Murad mövzu seçiminə və əsərlərinin dərin dramatizminə görə müasirlərindən fərqlənirdi. Rasim Babayevin və Tofiq Cavadovun işlərində sənaye mövzusu əks olunub. Səttar Bəhlulzadə Abşerona dərindən bağlı idi - onun əsərlərində yaradılan dünya nağıla oxşayır. Fazil Nəcəfovun heykəltəraşlıq əsərlərində köhnə Bakı və sanki uzaq keçmişdən gəlmiş obrazlar canlanır. Bu əsərlər üçün material kimi yerli Abşeron əhəngdaşından istifadə edilib. Tahir Salahovun teatr eskizləri onun yaradıcılığının bir cəhəti barədə söhbət açır.

Azərbaycan məktəbinin bənzərsizliyini nümayiş etdirən bu sərgi həm də ümumdünya bədii prosesin bir hissəsi olan Azərbaycan incəsənətinin əhəmiyyətinə dəlalət edir.

Sərgi 2017-ci il fevralın 26-dək davam edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Moskvada “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisinin açılışı olub  Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir