Azərbaycan Dövlət İnformasiya Agentliyi

108 yaşlı qalib ordu Azərbaycanın müstəqilliyini, suverenliyini və təhlükəsizliyini qətiyyətlə qoruyur

108 yaşlı qalib ordu Azərbaycanın müstəqilliyini, suverenliyini və təhlükəsizliyini qətiyyətlə qoruyur

Bakı, 26 iyun, AZƏRTAC

1918-ci il iyunun 26-da əsası qoyulan Azərbaycan Silahlı Qüvvələri ötən 108 il ərzində şərəfli inkişaf yolu keçərək regionun ən güclü ordularından birinə çevrilib. Bu gün Azərbaycan Ordusu yalnız ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin qarantıdır.

Müstəqil Azərbaycanda ordu quruculuğunun möhkəm təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu Öndərin müəyyən etdiyi strateji xətt Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Son illərdə həyata keçirilən ardıcıl islahatlar, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, peşəkar hərbi kadrların hazırlanması və ən müasir silah sistemlərinin arsenalımıza daxil edilməsi Azərbaycan Ordusunu keyfiyyətcə yeni mərhələyə yüksəldib.

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat qeyd edib ki, bu güc və hazırlıq 2020-ci ilin 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Azərbaycan Ordusu cəmi 44 gün ərzində bir dəfə belə geri çəkilmədən ardıcıl irəlilədi, işğal altındakı torpaqları azad etdi və tarixi Zəfərə imza atdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsi Azərbaycan xalqının əyilməz iradəsini, dövlətimizin qüdrətini və ordumuzun peşəkarlığını bütün dünyaya göstərdi. Müasir texnologiyaların, dəqiq planlaşdırmanın, yüksək döyüş hazırlığının və sarsılmaz milli ruhun vəhdəti Azərbaycan Ordusunu XXI əsrin yeni nəsil müharibəsinin qalibinə çevirdi. Təsadüfi deyil ki, Vətən müharibəsində tətbiq olunan taktika və əməliyyatlar dünyanın aparıcı hərbi məktəblərində öyrənilir.

“Qələbənin əsas dayaqlarından biri də Azərbaycan əsgərinin və zabitinin yüksək mənəvi hazırlığı idi. Müharibə dövründə Azərbaycan Ordusunda bir nəfər də olsun fərari qeydə alınmadı. Əksinə, yaralı hərbçilər belə döyüş meydanına qayıdaraq missiyalarını başa çatdırmağa çalışırdılar. Bu fakt xalq–ordu birliyinin, vətənpərvərlik ruhunun və dövlətə sədaqətin ən parlaq nümunəsi kimi tarixə düşdü.

2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri isə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin növbəti təsdiqi oldu. Cəmi bir neçə saat ərzində separatizmə son qoyuldu və Azərbaycanın dövlət suverenliyi tam təmin edildi. Bu əməliyyat həm peşəkar planlaşdırılması, həm də dəqiq icrası ilə dünya hərb tarixində diqqət çəkən uğurlu nümunələrdən biri kimi qiymətləndirilir”, - deyə o bildirib.

Deputat vurğulayıb ki, Böyük Qələbədən sonra ordu quruculuğu yeni mərhələyə qədəm qoyub. Hazırda Silahlı Qüvvələrdə struktur islahatları davam etdirilir, Xüsusi Təyinatlı Qüvvələrin imkanları genişləndirilir, yeni komando hərbi hissələri yaradılır və onların sayı artırılır. Müasir döyüş təcrübəsinə əsaslanan bu yeni hərbi model Azərbaycanın müdafiə qabiliyyətini daha da gücləndirərək istənilən təhlükəyə operativ cavab vermək imkanlarını artırır.

Ordumuzun qüdrətinin mühüm sütunlarından biri də milli hərbi sənaye kompleksidir. Azərbaycanın istehsal etdiyi hərbi texnika və avadanlıqlar beynəlxalq sərgilərdə nümayiş olunur, bir çox ölkələrə ixrac edilir. Bu isə həm ölkəmizin texnoloji potensialının, həm də iqtisadi və hərbi gücünün göstəricisidir.

Azərbaycan eyni zamanda dost və tərəfdaş dövlətlərlə hərbi əməkdaşlığı genişləndirir, beynəlxalq təlimlərdə fəal iştirak edir, gənclərin hərbi təhsil almasına və peşəkar zabit kimi yetişməsinə xüsusi diqqət yetirir. Dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin prioritet istiqamətlərdən biri olması da bu siyasətin davamlı xarakter daşıdığını göstərir.

“Bu gün Azərbaycan Silahlı Qüvvələri işğaldan azad olunmuş torpaqlarımızın, dövlət sərhədlərimizin və milli maraqlarımızın keşiyində inamla dayanır. Döyüş meydanında qazandığı tarixi Zəfər, peşəkarlığı, yüksək mənəvi ruhu və müasir hərbi potensialı ilə ordumuz regionun təhlükəsizlik qarantlarından birinə çevrilib.

Prezident İlham Əliyevin də söylədiyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik.”

108 yaşlı Azərbaycan Silahlı Qüvvələri bu gün qalib ordu kimi xalqın gücünün, dövlətin qüdrətinin və milli həmrəyliyin rəmzi kimi Azərbaycanın müstəqilliyini, suverenliyini və təhlükəsizliyini qətiyyətlə qoruyur”, - deyə deputat əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər Parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib