Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul edib YENİLƏNİB 2 VİDEO

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Boks Şurasının Bakıda keçirilən 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Ümumdünya Boks Şurasının rəhbəri Maurisio Süleymanın başçılığı altında Avropa Boks İttifaqının, Şimali Amerika Boks Federasiyasının, Britaniya Boks Nəzarəti Şurasının prezidentləri, WBC versiyası üzrə keçmiş dünya çempionları Evander Holifild, Kostya Dzyu, Yuri Arbaçkov, Vitali Kliçko, Nino Benvenuti, Karlos Zarate, Azumah Nelson, Bernard Hopkins və WBC versiyası üzrə hazırkı dünya çempionu Jelena Mrdjenoviç daxildir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

-Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, Azərbaycan sizin Konvensiyanın iclasına ev sahibliyi edir. Kiyev meri Vitali Kliçko ilə görüşdükdə qeyd etdiyim kimi, biz bu məsələni müzakirə etdik və dedik ki, bu Konvensiyanın Bakıda keçirilməsi yaxşı ideya olardı. O, sizinlə əlaqə saxladı, siz qərar verdiniz. Azərbaycanın bu qədər məşhur insanların iştirakı ilə bu cür mötəbər tədbirə ev sahibliyi etməsi bizi çox şad edir və fərəhləndirir. Dünya idman əfsanələri Azərbaycandadır. Düşünürəm ki, çoxlarınız üçün bu, ölkəmizə ilk səfərdir. Siz burada bir neçə gün qalacaqsınız, beləliklə, xalqımız, ölkəmiz haqqında daha çox məlumat əldə edəcəksiniz. Əlbəttə ki, ölkəmizdə keçirilən bu Konvensiya Azərbaycan üçün, sizi tanıyanlar, sizin döyüşlərinizi, qələbələrinizi televiziyada izləyənlər üçün mühüm tədbirdir. Bir daha xoş gəlmisiniz və Konvensiyanın işinə uğurlar arzulayıram.

Sonra Ümumdünya Boks Şurasının rəhbəri Maurisio SÜLEYMAN çıxış edərək dedi:

-Bizim üçün bu, böyük şərəf və olduqca sevindirici bir haldır. Biz dünyanın bir çox ölkələrindən böyük məsafə qət edərək gəlmişik. Azərbaycana, Bakıya ilk qədəm qoyduğumuz andan bəri hər kəs bizi təbəssümlə qarşılayıb və hər şey mükəmməl olub. Atanızdan Sizə qalmış miras bizim hamımız üçün stimuldur. Siz idman vasitəsilə çox uğurlar qazanmış yeni dünya, yeni ölkə yaratmısınız. Bu, bizi məmnun edir və biz Sizə minnətdarıq.

WBC ən önəmli boks təşkilatıdır və boks bütün dünyada çox mühüm idman növüdür. Azərbaycan həvəskar boks yarışlarında uğurlar qazanıb və biz yaxın gələcəkdə peşəkar boks yarışlarında Azərbaycandan dünya çempionunun yetişdirilməsi prosesinin təməlini qoymaq istəyirik. Bizim çempionlarımızın münasibəti, onların əməlləri örnəkdir. Çünki boks sadiqlik, idmana sevgi və qurban tələb edir. Siz böyük rəhbər olmaq üçün məhz bu xüsusiyyətlərdən istifadə etmisiniz. Buna görə də bu qəbulun baş tutmasında böyük rol oynamış qəhrəmanımız Vitali Kliçko sayəsində Sizinlə görüşmək bizim üçün şərəf və olduqca sevindirici haldır.

Prezident İlham ƏLİYEV dedi:

-Təşəkkür edirəm. Ölkəmiz haqqında xoş sözlərə görə çox sağ olun. Sizin hamınızın bir neçə gün Azərbaycanda olacağınız məni çox sevindirir. Bu, Azərbaycanda boksun inkişafına müsbət təsir göstərəcək. Qeyd etdiyiniz kimi, həvəskar boks yarışlarında yaxşı idmançılarımız var. Bu il boksçularımızdan biri üçqat dünya çempionu adına layiq görülüb. Olimpiya Oyunlarındakı boks yarışlarında da medallar qazanmışıq, zənnimcə, bürünc medallarımız olub. Hesab edirəm ki, boksçularımızın peşəkar boksçu olması üçün potensial mövcuddur, çünki boks Azərbaycanda çox məşhur idman növüdür. Ümumiyyətlə, Azərbaycanda idmanın inkişafı çox uğurla gedir.

Mən Milli Olimpiya Komitəsinin yaradılmasının 25-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə sizi gördüm. Biz həqiqətən də uğurlu fəaliyyət göstərmişik, tarixdə ilk dəfə keçirilən Avropa Oyunları kimi önəmli idman tədbirlərini Azərbaycanda təşkil etmişik. Çünki bütün digər qitə oyunları artıq dəfələrlə təşkil olunub, məsələn, Amerika, Asiya və Afrika Oyunları, lakin Olimpiya Hərəkatının başladığı Avropanın özünəməxsus oyunları olmamışdı. Beləliklə, ilk Avropa Oyunları iki il bundan əvvəl burada təşkil edildi. Bu il Azərbaycanda minlərlə atletin iştirakı ilə İslam Həmrəyliyi Oyunları da keçirildi. Bir neçə gün əvvəl voleybol üzrə qadınlar arasında Avropa çempionatı keçirildi. Bizim komanda medal qazanmağa çox yaxın idi və dördüncü yerdə qərarlaşdı. Əlbəttə ki, digər müxtəlif idman yarışları da keçirilmişdir. Onların sırasında Formula-1 şəhər halqası da var və Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarındakı nəticələrimiz də. Riodakı Yay Olimpiya Oyunlarında biz 18 medal qazandıq və ümumi medal sayına görə dünyada 14-cü yerdə qərarlaşdıq. On milyon əhalisi olan və cəmi 25 il bundan əvvəl müstəqilliyini bərpa etmiş bir ölkə üçün bu, böyük bir nailiyyətdir. Hər dəfə Bakıya nüfuzlu idmançılar təşrif buyurduqda biz idmanın inkişafının şahidi oluruq. Əminəm ki, səfərinizdən sonra çoxlu uşaqlar sizin kimi məşhur olmaq üçün idman seksiyalarına, idman komandalarına yazılacaqlar.

Maurisio SÜLEYMAN dedi: Onlar hamısı icmalarda uşaqlarla məşğul olur, məktəblərə, uşaq evlərinə, icmalara gedir və həmişə ədalətli oyun prinsiplərini, idmanı və daha yaxşı insan olmağın yollarını öyrədirlər. Mən öz döyüşçülərimizlə çox fəxr edirəm, onlar nəinki ölkə, dünya miqyasında qəhrəmandırlar. Bütün dünyanın diqqəti bu həftə boksun paytaxtı olan Bakıya yönəlib. Biz çox fərəhlənirik, Sizə minnətdarıq, qonaqpərvərliyiniz dünyada bir çoxları üçün nümunədir.

Prezident İlham ƏLİYEV dedi: Çox sağ olun. Məşhur atletlər uğurla çıxış etdikdən və karyeralarına son qoyduqdan sonra uğurlu biznesmen, siyasətçi olurlar. Vitali çox uğurla fəaliyyət göstərən bir merdir. Mənə gəldikdə isə mən də bu vəzifəyə Olimpiya Komitəsindən gəlmişəm. Çünki 20 il bundan əvvəl mən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti və yalnız ondan 6 il sonra Azərbaycan Prezidenti seçildim. Beləliklə, mən də idmanı təmsil edirəm, mən də sizin ailənizin bir üzvüyəm.

Gənclər və idman naziri Azad RƏHİMOV bu tədbirdə iştirak edən dünya çempionlarının Azərbaycandakı uşaq evlərinə baş çəkəcəklərini və uşaqlarla görüşəcəklərini dedi, qonaqlar üçün Bakıda rəngarəng proqramların təşkil olunduğunu və keçirildiyini bildirdi. Nazir Ümumdünya Boks Şurasının Bakıda keçirilən 55-ci Konvensiyasının işi barədə də məlumat verdi.

Maurisio SÜLEYMAN dedi: Konvensiya dünyada 55 ildir ki, keçirilir. Biz bir çox ölkələrdə bu Konvensiyanı keçirmişik. Bizim söhbət etdiyimiz hamının ümumi rəyi belə oldu ki, tədbirin ən səmimi, ən qonaqpərvər və gözəl şəkildə təşkil olunduğu yer Azərbaycandır. Əgər siz göstərdiyiniz nümunə əsasında, - Azərbaycanın idman qurğuları sanki başqa bir aləmdir, - işə başlamaq üçün bu şərəfi və imkanı versəniz biz WBC-nin idarə heyəti və çempionları olaraq Azərbaycanda peşəkar boksu inkişaf etdirmək üçün üzərimizə öhdəlik götürməyə hazırıq. Çünki Azərbaycanda yaxşı, geniş ürəkli idmançılar var və onlar dünya çempionları ola bilərlər. Biz əminik ki, üç ildən çox olmayan müddətdə Azərbaycandan peşəkar boks üzrə ilk dünya çempionu çıxacaq.

Prezident İlham ƏLİYEV: Mən buna dəstək göstərəcəyəm. Düşünürəm ki, sizin dəstəyinizlə nazirliklə birlikdə bunu təşkil etmək olar, çünki boks çox məşhurdur.

Sonra keçmiş dünya çempionu Vitali KLİÇKO çıxış edərək dedi:

-Cənab Prezident, mən bir neçə söz demək istəyirəm. Əvvəla, bu, çox möhtəşəm bir tədbirdir. WBC prezidenti Maurisio Süleymanın qeyd etdiyi kimi, hər bir kəs məmnundur. Gözəl ab-hava var. Bütün dünyanın diqqəti Azərbaycandadır. Dünyanın müxtəlif yerlərindən jurnalistlər Bakını, bu çox önəmli tədbiri dünya miqyasında işıqlandırır. Bu tədbir çox qeyri-adi bir tədbirdir, çünki ilk dəfə Konvensiyanın iclası boks üzrə dünya çempionu olmayan ölkədə keçirilir. Mən əminəm ki, bütün infrastrukturla, belə bir yaxşı komanda ilə, - məni infrastrukturun necə inkişaf etməsi heyrətləndirib, - WBC-nin köməyi ilə çox tezliklə Azərbaycanda yaxşı boksçular, Evander Holifild kimi dünya ulduzları yetişdirilə bilər.

Gənc nəslin formalaşmasında və cəmiyyətin inkişafında idmanın böyük rolunun olduğunu bir daha vurğulayan Prezident İlham ƏLİYEV dedi:

-Azərbaycanda biz həmişə deyirik ki, gənc nəsil idmanda çox fəal olmalıdır. Çünki idman nizam-intizam, ləyaqət deməkdir, idman insanlara yaxşı hisslər aşılayır. Həqiqi idmançı heç vaxt özündən zəif olana hücum etməz, xüsusilə çox güclü fiziki imkanlara malik olan boksçular, karateçilər, güləşçilər kimi idmançıları nəzərdə tuturam. Məşhur idmançıların davranışı gənc nəsil üçün yaxşı örnəkdir. Mən ölkəmizdə həmişə atletlərimizə dəstək olmağa çalışıram, çünki onlar buna layiqdir, onlar yaxşı medallar qazanır, bayrağımızı ucaldır, həm də gənc nəslə örnəkdirlər. Çünki idman gənc nəsli yaxşı əməllərə cəlb etmək, onları küçələrdən, narkotiklərdən, spirtli içkilərdən, pis vərdişlərdən, cinayətdən ayırmaq üçün ən yaxşı vasitədir. Əfsuslar olsun ki, Sovet İttifaqının dağılması ərəfəsində və ondan sonrakı ilk illərdə tam xaos, yoxsulluq və anarxiyaya görə bir çox idmançılar qeyri-qanuni fəaliyyətlə məşğul idilər. Buna görə də 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdə mənim əsas məqsədim idmançıları yenidən idmana qaytarmaq idi və bu, baş verdi. Bu gün idmançı Azərbaycanda çox hörmətli adamdır. Hökumət onlara mükafat, çoxlu imtiyazlar verir, dövlət səviyyəsində keçirilən təşviqat kampaniyalarında biz onların təkcə necə döyüşdüyünü yox, həm də necə davrandığını, gənc nəslə necə münasibət göstərdiklərini nümayiş etdiririk. Həqiqətən də cəmiyyətin maariflənməsi və sağlamlığı üçün idmanın çox böyük təsiri var. Siz etdiklərinizi təkcə idman naminə etmirsiniz, bunu dünya üçün, sülh üçün edirsiniz. Ailəniz çoxmillətli, müxtəlif etnik mənsubiyyətli, çoxkonfessiyalıdır. Siz sülhsevər, eyni zamanda, çox güclü, həmişə özünü, ətrafındakı insanları müdafiə etmək iqtidarında olan, lakin gücündən və döyüş qabiliyyətindən yaxşı əməllər üçün istifadə edən insanlar kimi dünyanın necə fəaliyyət göstərməli olduğunu nümayiş etdirirsiniz. Ona görə, mən sizi təbrik etmək istəyirəm. Ümidvaram ki, gələcəkdə də Bakıda görüşəcəyik.

Sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya idmanın boks növünə verdikləri dəstəyə görə WBC çempion kəmərləri xatirə hədiyyəsi olaraq təqdim edildi.

Sonda xatirə şəkilləri çəkdirildi.

Qeyd edək ki, Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının Bakıda keçirilməsi və dünyanın ən məşhur boksçularının bu tədbirdə iştirakı bir daha ölkəmizin dünya idmanına mühüm töhfələr verdiyini, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini göstərir. Bu, həm də ölkəmizin təbliği və Azərbaycan idmanının dünyada tanıdılması baxımından son dərəcə əhəmiyyətli addımdır. Fərəhləndirici haldır ki, artıq Azərbaycanda idmanın müxtəlif növləri inkişaf edir, onlara maraq durmadan artır. Bu da ölkəmizdə yeni və güclü idmançı nəslinin yetişməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul edib YENİLƏNİB 2 VİDEO

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb