Bakı Media Mərkəzi selektiv abort mövzusunda videoçarx hazırlayıb VİDEO
Bakı, 4 may, AZƏRTAC
Bakı Media Mərkəzi uşağın cinsi mənsubiyyətinə görə hamiləliyin süni pozulması-selektiv abort hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işinə töhfə vermək məqsədi ilə bu mövzuda videoçarx hazırlayıb.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, videoçarxın hazırlanmasında əsas məqsəd Azərbaycanda abortların qarşısının alınması istiqamətində maarifləndirmə işini irəliyə aparmaq, bu mövzuda ictimai rəy formalaşdırmaqdır.
Ümumi xronometrajı 1 dəqiqə 40 saniyə olan video saytlar və sosial media kanalları vasitəsi ilə asan paylaşıla bilən formatda hazırlanıb.
Videoda hamiləliyin dayandırılmasını istəyən gənc ailə təsvir olunur və abort olunan körpənin dilindən anaya xitabən təsirli fikirlər səsləndirilir.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir.