İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
Stokholm, 11 iyun, AZƏRTAC
İfrat sağçı millətçi İsveç Demokratlar Partiyası ictimai yerlərdə hicab və digər müsəlman baş örtüklərinin qadağan edilməsinə çağırış edərək, onları “İslam geyimləri” adlandırıb.
AZƏRTAC xəbər verir ki, partiyanın gender bərabərliyi üzrə sözçüsü Sara Qille “Ekot” radiosuna bu cür geyimlərin çox vaxt qadınlar üzərində nəzarət və tabeçiliyin simvolu olduğunu bildirib.
“Əgər kimsə bunu etmək istəyirsə, həmin geyimlərə icazə verilən başqa ölkələr də var”, -deyə Sara Qille könüllü olaraq hicab geyinən qadınlarla bağlı suala cavab olaraq bildirib.
Partiya əvvəllər çadra və niqab kimi müsəlman geyimlərinin tam qadağan edilməsi tərəfdarı idi. İndi isə İsveç Demokratları daha da irəli gedərək İsveçdə bir çox müsəlman qadının geyindiyi hicabı da qadağan etməyi təklif edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]