Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar
Bakı, 11 iyun, AZƏRTAC
Bakıda fəaliyyət göstərən müxtəlif təhsil mərkəzlərinin rəhbərləri və təhsil üzrə mütəxəssislər Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar rektor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.
Rektor Vilayət Vəliyev AzTU-da tədris mühiti, beynəlxalq əlaqələr, laboratoriyalar, ikili diplom proqramları, yeni layihələr və müasir yanaşmalar barədə qonaqlara ətraflı məlumat verib.
İnteraktiv formatda davam edən görüş çərçivəsində qonaqları maraqlandıran suallar cavablandırılıb, həmçinin təkliflər dinlənilib.