Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Ailə bayramı”nın qalibləri mükafatlandırılıb FOTOLENT VİDEO

Qubada keçirilən “Ailə bayramı”nda Azərbaycanın bütün şəhər və rayonları təmsil olunub

Quba, 23 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 23-də Qubada keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Ailə bayramı”na ölkəmizin bütün şəhər və rayonlarından ailələr qatılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan bayram tədbirində “Bacarıqlı əllər”, “Milli mətbəx”, “Yaradıcı ailə”, “Nümunəvi ailə”, “İntellektual oyun”, “İdman yarışı” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.

Quba Olimpiya İdman Kompleksində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə müxtəlif mövzuları əks etdirən stendlərlə tanış olublar. Burada ailələr iştirak etdikləri nominasiyalar üzrə təqdimatlarını nümayiş etdiriblər.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxışında ölkəmizin müxtəlif bölgələrindən gələn ailələrin bayramı bir arada qeyd etməsini əlamətdar hadisə kimi dəyərləndirib. Bildirilib ki, ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinin də ailə siyasəti olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ölkəmizdə ailə məsələlərinə böyük diqqət yetirilir, bu sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərilir. Komitə tərəfindən dövlət ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi iş aparılır. Bu istiqamətdə reallaşdırılan tədbirlərin bir hissəsi kimi 2008-ci ildən etibarən Dövlət Komitəsi tərəfindən 15 may Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər və yekun olaraq “Ailə bayramı” keçirilir. Bundan əvvəlki illərdə “Ailə bayramı” Şamaxı, Lənkəran, Qax, Xaçmaz, İsmayıllı, Şəki, Abşeron və Şəmkir rayonlarında qeyd olunub.

Komitə sədri bildirib ki, builki “Ailə bayramı” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Bu il həm də 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsinin 100 illiyi qeyd olunur.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev qeyd edib ki, ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət-ailə siyasəti bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. İmzalanan sərəncamlar və təsdiq edilən dövlət proqramları, həyata keçirilən sosial layihələr hər bir vətəndaşın maraqlarının və hüquqlarının maksimum dərəcədə müdafiəsinə yönəlib. Bu isə Azərbaycan ailəsinin həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.

Bayram tədbirində UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycanda ailələrin xoşbəxt, firavan yaşaması üçün onlara yaradılmış şəraiti, dövlət qayğısını təqdir edib. Bildirib ki, Azərbaycanda ailə siyasəti uğurla həyata keçirilir. Edvard Karvardin diqqətə çatdırıb ki, BMT Baş Assambleyası beynəlxalq ictimaiyyətin diqqətini ailə institutuna cəlb etmək, bu müqəddəs birliyin qorunub saxlanılmasının vacibliyini önə çəkmək məqsədilə 1993-cü ildə 15 may tarixinin Beynəlxalq Ailə Günü kimi qeyd olunması barədə qərar qəbul edib. 1994-cü ildən bu tarix bütün dünyada geniş şəkildə bayram edilir, hər bir ölkədə ailə institutunun inkişafı və problemlərinin həlli məqsədilə kompleks tədbirlər həyata keçirilir.

Çıxışlardan sonra bayram iştirakçısı olan ailələr arasından 6 nominasiya üzrə seçilən qaliblərə mükafatlar təqdim olunub.

Tədbir bayram konserti ilə davam etdirilib.

“Ailə bayramı”nın qalibləri mükafatlandırılıb FOTOLENT VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib