11-Cİ TÜRKSOY OPERA GÜNLƏRİ “LEYLİ VƏ MƏCNUN-100” DEVİZİ ALTINDA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu il sentyabrın 7-15-də Türkiyənin Mərsin və Şimali Kiprin Girne şəhərlərində 11-ci TÜRKSOY Opera günləri keçiriləcəkdir.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlının təklifi ilə builki Opera günləri Şərqdə və türk dünyasında ilk operanın - dahi Üzeyir Hacıbəyovun əsərinin 100 illiyi şərəfinə “Leyli və Məcnun-100” devizi altında keçiriləcəkdir. Bu təşəbbüs sayəsində YUNESKO səviyyəsində də geniş qeyd olunmuş bu yubiley türk dünyasında da bayram ediləcəkdir.
Opera günlərində hər tükdilli ölkədən 2 ifaçı çıxış edəcəkdir. Azərbaycan isə 4 ifaçı ilə təmsil olunacaqdır. Opera günləri çərçivəsində Azərbaycan opera sənətinin tarixindən bəhs edən fotostend də təşkil ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]
Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]