Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahibə Qafarova: Avropa ölkələrində ekstremizmə və radikallaşmaya qarşı mübarizədə ən yaxşı vasitə dinlərarası dialoqdur VİDEO

Sahibə Qafarova: Avropa ölkələrində ekstremizmə və radikallaşmaya qarşı mübarizədə ən yaxşı vasitə dinlərarası dialoqdur VİDEO

Strasburq, 10 oktyabr, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının üçüncü gününün birgə debatları radikallaşmanın və islamofobiyanın qarşısının alınması məqsədilə Avropada İslamın xaricdən maliyyələşməsinin nizama salınmasına dair məruzə və müzakirələrlə başlayıb.

Sonra avropalı parlamentarilər Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın hazırladığı "Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşması" adlı məruzəni dinləyiblər.

Azərbaycanlı deputat 2001-ci il sentyabrın 11-də baş vermiş terror hadisələrindən sonra miqrant və diaspor təşkilatlarının radikallaşması mövzusunun dünya siyasətçilərinin və KİV-lərin diqqətə mərkəzinə çevrildiyini bildirib. Qeyd edib ki, aparılan təhlillər terror hadisələrinin iddia olunduğu kimi miqrantlar tərəfindən deyil, diaspor üzvləri tərəfindən törədildiyini sübuta yetirib. Buna görə miqrantlar ekstremizm təhlükəsi ilə əlaqələndirilməməlidir. Diaspor üzvlərinin radikallaşmasının qarşısını almaq üçün bütün səylər birləşdirilməlidir. Doğma ölkəsində müharibələrdən qurtulmaq, sülh şəraitində təhlükəsiz həyat sürmək arzusu ilə Avropaya üz tutan miqrantların bəziləri onlar üçün nəzərdə tutulan düşərgələrdə radikallaşır, digər qismi isə Avropa cəmiyyətinə inteqrasiya edə bilmədiyindən radikallaşmaya tabe olurlar. Miqrantlar Avropaya gəldikləri zaman ayrı-seçkiliyə və şiddətə məruz qalırlar.

Sahibə Qafarova bildirib ki, radikallaşmış şəxslərin əksəriyyətinin dini fanatiklər olduğuna dair ümumi fikirlərin əksinə olaraq, müxtəlif tədqiqatlar bu yanaşmanın doğru olmadığını göstərir. Belə şəxslərin əksəriyyəti Quran oxumayıb və məscidləri müntəzəm olaraq ziyarət etməyib. Hücumların əksəriyyəti İŞİD-dən ilhamlanmış şəxslər tərəfindən təşkil olunub və həyata keçirilir. İkinci və üçüncü nəsil miqrantların radikallaşmasının əsas səbəblərindən biri şəxsiyyət böhranıdır. Bu gənclər nə Qərbdəki dünyəvi həyat tərzini, nə də valideynlərinin müsəlman kimliyini qəbul edə bilirlər. Dini köklərini yenidən kəşf etməyə çalışarkən isə onlar terrorçu qruplaşmaların toruna düşür, ekstremist ideologiya vasitəsilə təsirə məruz qalırlar.

Millət vəkili vurğulayıb ki, miqrantların çoxu Avropaya gəlməmişdən əvvəl insan alverçilərinin yanlış təbliğat və təşviqatının qurbanı olurlar. Onların Avropa şəhərləri ilə bağlı ilkin təəssüratları sosial şəbəkələrdə qeyri-real foto və şəkillərlə, şərhlərlə formalaşır. Avropaya gəldikdə isə qarşılaşdıqları real vəziyyət xəyal qırıqlığına səbəb olur, hətta radikallaşma prosesini sürətləndirir.

Sahibə Qafarova radikalizmin digər potensial səbəbinin iqtisadi və sosial qeyri-bərabərlik olduğunu bildirib. Qeyd edib ki, ayrı-ayrı yerlərdə və ya icmalarda yaşayan, yoxsulluq, sosial təcrid və narazılıqla üzləşən miqrantlar belə bir vəziyyətdə qeyri-qanuni qazanc yolları axtarırlar. Ayrı-seçkilik radikallaşmaya təsir göstərən digər mühüm amildir və bu, Avropa ölkələrinin miqrantlarla bağlı siyasətinin uğursuzluğunu göstərir.

Millət vəkili qeyd edib ki, radikallaşmaya qarşı mübarizə antiislama çevrilməməlidir. İslamı terror dini kimi təqdim etmək yolverilməzdir. Terrorun və terrorçunun dini yoxdur.

“İŞİD-in Avropadakı miqrant gənclərə ünvanlanan antiqərb ismarıclarını gücləndirən antiislam ritorikası dərhal dayandırılmalıdır. Radikalizmin və ekstremizmin qarşısını almaq üçün miqrantların ev sahibliyi edən ölkələrdə təhlükəsiz olmalarına inamlarını möhkəmləndirmək və öz mədəniyyətlərini saxlamaqla yerli cəmiyyətə inteqrasiyasını sürətləndirmək üçün tədbirlər görülməlidir. Radikalizmin yayılmasının qarşısını almaq üçün Avropa hökumətləri miqrantlara qarşı öz siyasətini yenidən nəzərdən keçirməli və məcburi köçkünlərin cəmiyyətin həyatına cəlb olunması və iştirakını təşviq etməlidir”, - deyə S.Qafarova diqqətə çatdırıb.

Çıxışının sonunda S. Qafarova radikallaşmanın qarşısının alınmasının ən vacib vasitəsinin maarifləndirmə olduğunu vurğulayıb. O, məktəb və universitetlərdə düzgün və səmərəli maarifləndirmə işləri aparılmasının əhəmiyyətinə toxunub. Bildirib ki, İslamı terror dini və təhdid kimi xarakterizə edən KİV-lərin fəaliyyəti qətiyyətlə pislənilməli, hətta lazım gələrsə müəyyən hüquqi sanksiyalar tətbiq edilməlidir. Deputat radikallaşmada sosial şəbəkələrin rolundan da danışıb və bununla bağlı müəyyən layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. O, həmçinin radikallaşmanın qarşısının alınmasında qadınların mühüm rolunu da vurğulayıb.

Diqqətə çatdırıb ki, radikallaşma və ekstremizmə qarşı mübarizə bir sıra maraqlı tərəflər, idarəetmənin bütün səviyyələri və vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlıq tələb edir. Bələdiyyə, polis və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq və koordinasiya işləri çox vacibdir.

Bütün Avropa ölkələrində ekstremizmə və radikallaşmaya qarşı mübarizədə ən yaxşı vasitə dinlərarası dialoqdur.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Sahibə Qafarova: Avropa ölkələrində ekstremizmə və radikallaşmaya qarşı mübarizədə ən yaxşı vasitə dinlərarası dialoqdur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasıya buraxılır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNƏCƏK

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükünü təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət VİDEO

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət VİDEO

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək