Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda insan alverinə qarşı mübarizəyə dair beynəlxalq seminar keçirilir VİDEO

Bakı, 3 aprel, AZƏRTAC

Aprelin 3-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi (BMqT) və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Bakıda "Cinayət istintaq orqanlarının insan alveri ilə mübarizə sahəsində rolu" mövzusunda beynəlxalq seminar keçirilir. Tədbir Avropa İttifaqı (Aİ) və BMqT tərəfindən dəstəklənən "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın artırılması" layihəsi çərçivəsində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizəsinin və insan alveri qurbanlarının müdafiəsinin daha səmərəli aparılması üzrə potensialın, habelə layihəyə cəlb olunacaq hakimlərin, vəkillərin və digər təlimçilərin insan alveri ilə mübarizə sahəsində bilik və bacarıqlarının artırılmasından ibarətdir. İnsan alverinə qarşı səmərəli mübarizə üzrə əməkdaşlıq və məlumat mübadiləsini gücləndirmək də tədbirin əsas məqsədlərindəndir.

Seminarda bir sıra xarici ölkələrin və beynəlxalq qurumların təmsilçiləri, hakimlər, prokurorlar, vəkillər, Ədliyyə və Daxili İşlər nazirliklərinin əməkdaşları iştirak edirlər.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov Azərbaycanda bu sahədə görülmüş işlərdən danışıb. Bildirib ki, insan alveri əksər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən ciddi transmilli təhdidlərdən biri kimi qəbul edilir. Hazırda Milli Fəaliyyət planlarında irəli gələn mühüm tədbirlərin həyata keçirilməsinə Prezident İlham Əliyevin verdiyi böyük siyasi dəstək, insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, əhalinin rifah halının yaxşılaşdırılması üzrə aparılan hərtərəfli islahatlar, hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsinə yönəlmiş atılan addımlar həmin əməllərin profilaktikasına və cinayət təqibinin ən yüksək səviyyədə təşkilinə, vətəndaşların qanuni mənafelərinin etibarlı müdafiə etməyə imkan verir. Azərbaycan Respublikasının qanunları ilə ratifikasiya edilmiş beynəlxalq sənədlər və konvensiyalar insan alverinə qarşı mübarizədə institusional inkişaf üçün yeni imkanlar açıb. Ötən illərdə xarici ölkələrin mütərəqqi iş təcrübəsi və ixtisaslaşmış beynəlxalq təşkilatların rəyi nəzərə alınmaqla 80-dən çox qanunvericilik aktı və digər normativ sənəd qəbul edilib.

Diqqətə çatdırılıb ki, təşkilati tədbirlər Azərbaycanın müvafiq qurumları ilə yanaşı, yerli icra hakimiyyəti orqanları, QHT və beynəlxalq tərəfdaşlarla qarşılıqlı şəkildə planlı surətdə yerinə yetirilir. Mənbə, tranzit, təyinat ölkələrində insan alverinə qarşı mübarizəni həyata keçirən hüquq-mühafizə orqanlarının səylərinin birləşdirilməsində, potensialının gücləndirilməsində vacib elementlərdən olan beynəlxalq əlaqələrin inkişafı üzrə tədbirlər məqsədyönlü olub. Beynəlxalq təşkilatlar və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə insan alverinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri barədə informasiya mübadiləsi aparılıb.

Daxili və Xarici İşlər nazirliklərinin təşəbbüsü və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən tədbirlərdə insan alverinə qarşı mübarizədə ölkəmizin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinin vəziyyəti və milli təcrübəsi barədə xarici tərəfdaşlar ətraflı məlumatlandırılıb. Respublikada insan alverinin və məcburi əməyin qarşısının alınmasında fəaliyyətin səmərəliliyi nüfuzlu beynəlxalq qurumların aidiyyəti sənədlərində xüsusi vurğulanıb.

Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov bu sahədə ölkəmizin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurduğunu bildirib, layihənin ölkəmiz üçün verdiyi töhfələr və nəticələrindən danışıb. Tədris prosesində bu sahəyə xüsusi önəm verilməsinin və maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayan E.Xələfov qeyd edib ki, insan alverinə qarşı mübarizə həm də bu sahədə təlim və tədrisin düzgün təşkili ilə bağlıdır. Ədliyyə Akademiyasında ixtisaslaşmış tanınmış ekspertlərin iştirakı ilə bu sahəni tədris edən təlimçilərin hazırlanmasına diqqət yetirilib. Layihə çərçivəsində Bakıda və regionlarda bir sıra seminarlar, təlimlər təşkil olunub. Ədliyyə Akademiyasının ixtisasartırma təlimlərinin təşkili bu istiqamətdə mühüm səmərə verib. Seminar Azərbaycan təcrübəsini beynəlxalq ekspertlərlə bölüşmək və beynəlxalq təcrübənin öyrənilməsi sahəsində yaxşı imkan yaradır.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müşaviri Simona Qatti insan alverinə qarşı mübarizə sahəsində mühüm işlər görən Azərbaycan hökumətinin səylərini, tərəfdaşlığını və əməkdaşlığını yüksək qiymətləndirib və cinayət istintaq orqanlarının daha çox dəstək və təkmilləşdirmə tələb edən sahələrdən olduğunu bildirib.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qjorjiyev bildirib ki, “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın artırılması” layihəsinin məqsədi insan alverinə qarşı Avropa hüququna və beynəlxalq standartlara uyğun mübarizənin aparılması, insan hüquqları və fundamental azadlıqlar ilə bağlı hüquqi müddəaların şərhinə və tətbiqinə dəstək vermək üçün Azərbaycan hökumətinin insan alveri və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirlərini dəstəkləməkdir. O, ikigünlük seminarın cinayət təqibi ilə məşğul olan orqanların işinə töhfə verəcəyini və onların insan alveri ilə bağlı cinayətlərin qarşısının alınması, qurbanların müdafiəsi və hüquqlarının qorunmasında, cinayətkarların təqibi və bu sahədə əməkdaşlıq strategiyasına uyğun potensiallarını artıracağına əminliyini bildirib.

Tədbirdə beynəlxalq, regional və yerli səviyyədə insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqi məsələləri müzakirə olunur.

Seminarda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov “İnsan alveri əməlinin kriminillaşdırılması, Azərbaycanda insan alveri ilə mübarizə sahəsində qanunvericilik və yerli təcrübə” mövzusunda təqdimatla çıxış edib, ölkəmizdə insan alverinə qarşı mübarizəyə dair qəbul olunan Milli Fəaliyyət Planları haqqında məlumat verib.

İki günlük seminarda insan alveri ilə mübarizənin müxtəlif aspektlərinə dair Türkiyə, Almaniya, Bolqarıstan, Rumıniya, İsveçrə, Ukrayna, Moldova və Belarusun, İnterpolun, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayəndələrinin təqdimatları dinləniləcək, fikir və təcrübə mübadiləsi aparılacaq.

Bakıda insan alverinə qarşı mübarizəyə dair beynəlxalq seminar keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır

Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü

Fransada yaşlı insanların sayının artacağı gözlənilir

Nazir: Məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir

Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü

Bu saata olan əsas xəbərlər

Rəssam Yelizaveta Nevinnaya: Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi

Ekspert: Yeni Fərmanla sahibkarlar regionlarda fəaliyyət göstərməyə stimullaşdırılır

Tahir Budaqov: Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı kimi müasir tariximizdə silinməz iz qoyub

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var

®  “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

® “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya

Ekspert: Yeni tənzimləmələr uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edir

Adil Kərimli: Kitabxana sistemində infrastruktur və məzmun baxımından problemlər var

Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”un mifoloji xülasələrinə dair məruzə təqdim edilib

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Türkiyənin Adana şəhərində dünyada ən böyük arı “oteli” açılıb

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

Tarixə düşən azərbaycanlı boks hakimi: Los-Anceles Olimpiadasında da iştirak etməyi arzulayıram

ABŞ-nin enerji naziri: Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb

AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan

Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

Türk ekspert: Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq dərinləşir RƏY

Deputat: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırılır

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

BƏT: Dünyada təqribən 138 milyon uşaq əmək istismarına məruz qalır

Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum edib

Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar

Mərkəzi Bankın əməkdaşları Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir

Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

“Airbus”la birlikdə səkkiz şirkət Almaniyaya altıncı nəsil döyüş təyyarəsi təklif edib

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

ABŞ-nin xam neft ehtiyatları azalır

AQTA yerli istehsalçıların Çin bazarına çıxışını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir

Zərdabda heyvandarlıqda innovativ yenilik - xırdabuynuzlu heyvanlar ölkədə ilk dəfə avtomatlaşdırılmış qurğu ilə dezinfeksiya edilir

İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxarmağa çağırıb

Samara hava limanında məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb

Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb

Türkiyənin Nevşehir vilayətində Azərbaycana həsr olunmuş fotosərgi açılıb

Ölkədə əmək müqavilələrinin sayı artıb

Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq

AzTU komandası Tələbə Basketbol Liqasının qalibi olub

AzMİU ilə Avropanın ən böyük tədqiqat institutu arasında strateji əməkdaşlıq memorandumu imzalanıb

Modi Hindistanın Baş naziri kimi rekord qırıb

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb

Ədliyyə Akademiyasında müsabiqə elan olunub

Balakəndə yeni Dövlət Proqramı müzakirə olunub, fermerlərin problemləri dinlənilib

Azərbaycan-Türkiyə əlaqələri: Qardaşlıqdan strateji müttəfiqliyə yüksələn münasibətlər

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Vəkillər Kollegiyasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

Media: Türkiyə bankları Suriyada öz şöbələrini açacaq

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

BMT-nin COSP19 konfransında əlilliyi olan şəxslərin hüquqları müzakirə olunur

Azərbaycan millisinin baş məşqçisi: Bu mövsüm bizə çox dəyərli təcrübə qazandırdı

BŞDYPİ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edib

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

®  Dəyərli və təkrarolunmaz – “Rolls-Royce Motor Cars Baku Bespoke” fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir VİDEO

® Dəyərli və təkrarolunmaz – “Rolls-Royce Motor Cars Baku Bespoke” fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir VİDEO

Lu Mey: Azərbaycan və Çin xalqları arasında əlaqə getdikcə daha da möhkəmlənir

Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır

Xəzər dənizində zəlzələ olub VİDEO

Xəzər dənizində zəlzələ olub VİDEO

Azərbaycan nefti 95 dollara satılır VİDEO

Azərbaycan nefti 95 dollara satılır VİDEO

ABŞ Senatına Rusiya əleyhinə sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb