MƏDƏNİYYƏT
Azərbaycanda dublyaj işinin daha yaxşı qurulması üçün peşəkarlara ehtiyac var VİDEO






Bakı, 23 aprel, AZƏRTAC
Dünyanın bütün ölkələrində telekanallarda, kinoteatrlarda yayımlanan filmlər dublyaj olunaraq yerli dildə nümayiş edilir. Azərbaycanda da bu proses aparılır. Yerli kanallarımızda əcnəbi dilindəki filmlər doğma dilimizdə təqdim olunur. Lakin bu sahə ilə bağlı fərqli fikirlərə səsləndirilir. Bəzi insanlar bunun süni, bayağı şəkildə olduğunu, bəziləri isə dublyaj zamanı dilimizin norma və tələblərinin pozulduğunu bildirilər. Bəs işin yüksək səviyyədə, peşəkarlıqla, mübahisəsiz yerinə yetirilməsi üçün nə etmək lazımdır?
“CİNEMAZADEH” studiyasının dublyaj rejissoru Samir Ələsgərov AZƏRTAC-a verdiyi açıqlamada bildirib ki, dublyajın keyfiyyətli alınması üçün aktyor səsləndirdiyi obrazı canlandırmalıdır. Yəni filmdəki obrazların dediyi fikirləri tərcümə etməməlidir. Eyni zamanda, filmdəki aktyorla birlikdə obrazı canlandırmalıdır. Rejissorun sözlərinə görə, dublyaj aktyoru obrazı bizim tamaşaçının qəbul edəcəyi şəkildə təqdim etməlidir.
S.Ələsgərov qeyd edib ki, bəzi hallarda dublyaj zəif olur. Bunun səbəbi aktyorun pafoslu çıxışıdır. “Rejissorlar bu hala fikir vermirlər. Aktyorlar teatr pafosu ilə danışırlar. Buda filmin təbiiliyini öldürür.”-deyə dublyaj rejissoru bildirib.
Dublyajın maraqlı və baxımlı olması üçün rejissor və aktyor işi ilə yanaşı, mətin də zəngin olmalıdır. Belə ki, tərcümə, redaktə işi dublyajın 60-70 faizini əhatə edir.
“CİNEMAZADEH” studiyasının dublyaj redaktoru Vüqar Hüseynov vurğulayıb ki, dublyaj redaktoru ssenarist qabiliyyətində olmalıdır. Məsələn hər hansı xarici filmdə səslənən atalar sözü və ifadələr özümüzə uyğunlaşdırılmalıdır. Məğzini qorumaqla dəyişdirilməlidir.
Bundan başqa mütəxəssislər dublyajın inkişafını ləngidən səbəb kimi televiziyaları göstərir. Onların fikrincə, televiziyalar dublyaj aktyorlarının bacarığını nümayiş etdirməyə mane olur.
“CİNEMAZADEH” studiyasının dublyaj səs rejissoru Orxan Ağalarovun sözlərinə görə, televiziya dublyajı aktyorlarını çərçivəyə salır. Aktyorların sonradan o çərçivədən çıxması çətin olur. O əlavə edib ki, dublyaj üçün orijinal filmlər alınır. Filmlərdəki kənar səslərə toxunulmur. Aktyorlar o səslərin içində obrazları canlandırır.
Sonda belə qənaətə gəlmək olar ki, Azərbaycanda dublyaj işi əvvəllərdə olub, bu gündə var. Sadəcə olaraq bundan sonra daha keyfiyyətli məhsul əldə etmək üçün yeniliklərə açıq olmaq lazımdır.