Qubada seçki prosesini izləyən beynəlxalq müşahidəçilər səsvermənin qanunauyğun şəkildə keçirildiyini bildirirlər VİDEO
Quba, 9 fevral, AZƏRTAC
Beynəlxalq müşahidəçilər Qubada seçki prosesini izləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, MDB Müşahidə Missiyasının üzvləri Zümrüd Buçaeva və Magomedxan Aratcilov Qubada bir neçə seçki məntəqəsində müşahidə aparıblar.
Magomedxan Aratcilov bildirib ki, Azərbaycan xalqı öz seçimini edir. O, heç bir qayda pozuntusu qeydə almadıqlarını və seçici aktivliyinin müşahidə olunduğunu bildirib.
Zümrüd Buçaeva isə səsvermənin beynəlxalq qanunvericiliyin tələblərinə və qaydalara uyğun keçirildiyini qeyd edib.