15 yaşlı soydaşımız Dneprdə “Qarabağ Azərbaycandır!” adlı aksiya təşkil edib
Dnepr, 1 noyabr, AZƏRTAC
Ukraynanın Dnepr şəhərində 15 yaşlı soydaşımız 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəmizin ildönümü ərəfəsində maraqlı aksiyaya başlayıb.
AZƏRTAC xəbər verir ki, əslən Qubadlı rayonundan olan və Ukraynada doğulan soydaşımız Rafael Təhməzovun Vətən sevgisi onu bu aksiyanı başlamağa vadar edib. Belə ki, o Dneprin küçələrində “Qarabağ Azərbaycandır!” divar rəsmlərini yazmaqla şəhər sakinləri və qonaqların diqqətini cəlb edə bilib.
Rafael Təhməzov peşəkar rəssam olmasa da, yaratdığı divar rəsmləri yerli fotoqraflar tərəfindən müsbət qiymətləndirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Dnepr