Müdafiə Nazirliyi Qubadlı rayonunun Alaqurşaq kəndinin videogörüntülərini paylaşıb VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Alaqurşaq kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Alaqurşaq kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu kəndi oktyabrın 23-də işğalçılardan azad edib.