Müdafiə Nazirliyi Ağdam rayonunun Qarazeynallı kəndinin videogörüntülərini paylaşıb VİDEO
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Qarazeynallı kəndinin videogörüntülərini yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində Ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.