Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Türkiyə parlamentində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım mərasimi və sərgi keçirilib VİDEO

Ankara, 25 fevral, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib, Ermənistanın işğalçılıq siyasətinin dəhşətlərini əks etdirən foto və rəsm sərgisi olub.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə keçirilən tədbirdə diplomatlar, Azərbaycanı və Türkiyəni təmsil edən deputatlar, KİV təmsilçiləri iştirak ediblər.

Azərbaycanın tarixi hərb Zəfərindən sonra belə bir anım mərasiminin keçirilməsini tarixi bir hadisə kimi dəyərləndirən səfir Xəzər İbrahim diqqətə çatdırıb ki, qazanılan Qələbə həm də Türkiyənin zəfəridir. Çünki Türkiyə hər zaman, haqqın və ədalətin yanında olub. Heç təsadüfi deyil ki, bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyənin bayraqları yan-yanadır. Bu, “Bir millət, iki dövlət!” kəlamının və dövlətlərimizin qardaşlığının bütün dünyaya nümayişidir.

Səfir Xəzər İbrahim Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərin məqsəd və mahiyyətindən danışıb, bildirib ki, Azərbaycan bir daha dünyada Xocalı soyqırımı kimi amansız cinayətlərin baş verməsini istəmir.

29 il əvvəl Xocalıda tarixin ən dəhşətli bəşəri cinayətlərindən birinin törədildiyini diqqətə çatdıran Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop diqqətə çatdırıb ki, bu gün həmin acı hadisədə həyatını itirən insanların xatirəsini bir daha yad etmək üçün toplaşmışıq. Azərbaycan Ordusu ötən il 44 günlük müharibədə böyük zəfər qazanaraq ağır yaralara məlhəm çəkdiyini ifadə edən Türkiyə parlamentinin sədri Mustafa Şentop deyib ki, 44 gün ərzində Azərbaycan Ordusu müharibəni beynəlxalq hüququn normalarına uyğun şəkildə apararaq, böyük qəhrəmanlıq göstərərək Qələbə qazandı və yüksək qabiliyyətli, peşəkar ordu olduğunu bütün dünyaya nümayiş etdirdi.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib ki, Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da ədalətli işində qardaş Azərbaycanın yanında olacaq.

Çıxışında Xocalı soyqırımının dəhşətlərini öz gözləri ilə görən xarici jurnalistlərin ifadələrinə, eləcə də təcavüzkar Ermənistanın hərbi komandanlarının bu bəşəri cinayəti etiraf etmələri barədə faktlara müraciət edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop mərasim çərçivəsində mövzu ilə bağlı geniş müsahibə verib.

Sonra iştirakçılar parlamentdə sərgilənən Türkiyənin Qazi Universitetinin tələbələrinin Xocalı soyqırımı mövzusunda çəkdikləri rəsmlərə, eləcə də təcavüzkar Ermənistanın otuz il işğalda saxladığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə yenilməz Ordumuzun azad etdiyi ərazilərin dəhşətli görüntülərini əks etdirən fotosərgiyə baxıblar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Türkiyə parlamentində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım mərasimi və sərgi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz da praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib