REGİONLAR


Abşeron rayonunda gecə fəaliyyət göstərən çay evləri aşkar edilib VİDEO

Xırdalan, 12 aprel, AZƏRTAC

Abşeron rayonunda karantin rejimi qaydalarına zidd olaraq gecə saatlarında işləyən çay evləri aşkar edilib.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı Xırdalan şəhərində yerləşən "Məkan Buratino" və Masazır qəsəbəsindəki "Tvins" çay evlərinin sanitar-karantin qaydalarını pozduğu məlum olub. Həmin obyektlərin icarədarları Şamil Abdullayev və Habil Orucov, həmçinin çay evlərində olan 19 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onlar cərimələniblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi bir daha onların diqqətə çatdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.